Fond birjası nədir, BFB necə fəaliyyət göstərir?

Redaktor

26.01.2024 16:44
1,852

Fond birjası nədir, BFB necə fəaliyyət göstərir?

Bu gün dünya iqtisadi leksikonuna daxil olan əsas terminlərdən biri fond birjalarıdır. Çox insanın tez-tez eşitdiyi bu ifadə əslində özündə nəyi kəsb edir. Fond birjası və onun məqsədi nədir? 

Azərbaycanda fond birjası necə fəaliyyət göstərir. 

Valyuta.az fond birjası ilə bağlı bəzi məlumatları təqdim edir:

Fond birjası fəaliyyəti üçün lisenziyaya malik olan, fəaliyyətinin müstəsna predmeti tənzimlənən bazarların təşkili və idarə edilməsi olan, səhmdar cəmiyyəti formasında yaradılan hüquqi şəxsdir. 

Fond birjası dövlət qiymətli kağızları bazarının, korporativ qiymətli kağızlar bazarının və törəmə maliyyə alətləri bazarının ticarətini təşkil edir.
 
Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə kütləvi ticarət yalnız qiymətli kağızların və törəmə maliyyə alətlərinin fond birjasının daxili qaydalarına əsasən kütləvi ticarətə qəbulundan sonra həyata keçirilir. Kütləvi ticarət qiymətli kağızlar və ya törəmə maliyyə alətlərinin qeyri-məhdud sayda alıcılara ilkin və ya təkrar təklifi nəticəsində bağlanan əqdlərdir. Kütləvi ticarətə qəbul olunmuş qiymətli kağızlar və törəmə maliyyə alətləri tənzimlənən bazarda yalnız investisiya şirkətlərinin vasitəçiliyi ilə alınıb-satılır.

Hazırda Azərbaycan Respublikası ərazisində bir fond birjası fəaliyyət göstərir. Bu da  Bakı Fond Birjasıdır. 

Bakı Fond Birjası Qapalı Səhmdar Cəmiyyəti formasında yaradılmış kommersiya təşkilatıdır. BFB 1997-ci ildə təsis edilib. Birjanın yaradılmasında əsas məqsəd ölkədə mütəşəkkil fond bazarının formalaşdırılması dayanıb.

Azərbaycanda qiymətli kağızlarla mütəşəkkil ticarətin yeganə təşkilatçısı qismində Bakı Fond Birjası QSC çıxış edir. Onun yerli banklar, brokerlər və İstanbul Fond Birjası (Borsa Istanbul) da daxil olmaqla 20 səhmdarı mövcuddur. Birjanın fəaliyyəti Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tənzimlənir. 
Bəs yerli fond bazarında hansı maliyyə alətləri alınıb-satılır və onların hansı xüsusiyyətləri var?

Azərbaycan fond bazarı iki sektordan ibarətdir:

- Dövlət qiymətli kağızlar sektoru;

- Korporativ qiymətli kağızlar sektoru.

Hər bir sektorda müəyyən maliyyə alətləri ticarət olunur.

Dövlət qiymətli kağızlar sektoruna Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən emissiya edilən dövlət istiqrazları, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli Notlar və bu alətlərlə keçirilən Repo əməliyyatları daxildir.

Dövlət istiqrazlarının və qısamüddətli Notların buraxılışına dövlətin büdcə və monetar siyasətinin tərkib hissəsi kimi yanaşıla bilər. Belə ki, Maliyyə Nazirliyinin emissiya etdiyi dövlət istiqrazları daxili borclanma aləti olub büdcə ehtiyacları üçün vəsait cəlb edilməsi məqsədinə xidmət edir. Hal-hazırda bazarda aşağıda göstərilmiş dövriyyə müddətlərinə malik dövlət istiqrazları mövcuddur:

Qısamüddətli istiqrazlar – Bu istiqrazların dövriyyə müddəti 1 ilədəkdir

Ortamüddətli istiqrazlar isə - dövriyyə müddəti 1 ildən 3 ilədək olanlar nəzərdə tutulur.

Uzunmüddətli istiqrazların dövriyyə müddəti 5 ilədək olur. 

Davud

Paylaş

Şərhlər

Növbəti xəbər yüklənir...

Xəbər lenti

Bütün xəbərlər

Rusiyada Kirkorovun şirkəti bağlandı

07.12.2025

Könüllü sığortalar 1 milyarda yaxınlaşır

07.12.2025

İndiyə qədər istehsal olunmuş ən güclü 10 kosmik raket - SİYAHI

07.12.2025

Azərbaycan avtomobil idxalını artırıb: Bəs ehtiyat hissələr bazarında vəziyyət necədir?

07.12.2025

Yeni binalarda çıxarış problemi - Məsələ öz həllini necə tapacaq?

07.12.2025

Poçt və kuryer fəaliyyətinə nə qədər investisiya ayrılıb?

07.12.2025

Pendir istehsalında azalma

07.12.2025

Vüqar Qurbanovdan yeni təyinat

07.12.2025

"Mərkəzi Bank çalışır ki, insanlar manata etibar etsinlər" - Sabit məzənnənin nəticəsi

07.12.2025

"Netflix" “Warner Bros.”u 82,7 milyard dollar dəyərlə satın alır

07.12.2025

Ən gənc milyarder uğurun sirrini açıqladı

07.12.2025

"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO

07.12.2025

Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU

07.12.2025

Bu rayonlarda insanlar daha çox sosial yardım alır - SİYAHI

06.12.2025

Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? - VİDEO

06.12.2025

Kibertəhlükəsizlik startapı 130 milyon dollar investisiya alıb

06.12.2025

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib - YENİLƏNİB

06.12.2025

Azərbaycanda icra başçısının müavini 20 ildən sonra öz ərizəsi ilə İŞDƏN ÇIXDI

06.12.2025

"Azərbaycan Dəmir Yolları" ixracdan nə qədər qazanıb? - Son 5 il

06.12.2025

Mərkəzi Banka yeni səlahiyyət verildi

06.12.2025

Məzənnə

Yüklənir...