
Azərbaycanın qiymətli kağızlar bazarı 80% böyüyüb
2023-cü ildə Azərbaycanın qiymətli kağızlar bazarında 28 milyard 69,2 milyon manatlıq əməliyyat aparılıb.
Valyuta.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatında bildirilib. Bu, 2022-ci ilə nisbətən 80,4 % çoxdur.
İllik göstəricinin 8 milyard 227,4 milyon manatlıq hissəsi ilkin bazarda (1 % az), 19 milyard 841,8 milyon manatlıq hissəsi təkrar bazarda (2,7 dəfə çox) formalaşıb.
Hesabat dövründə qiymətli kağızlar bazarında 13 545 əqd bağlanılıb. Bu, illik müqayisədə 22,9 % çoxdur. Əqdlərin 2 292-si ilkin bazarın (6,3 % çox), 11 253-ü isə təkrar bazarın (27 % çox) payına düşüb.
Ötən il qiymətli kağızlar bazarında aparılmış əməliyyatların 8 milyard 405,6 milyon manatlıq hissəsi və yaxud 29,9 %-i dövlət qiymətli kağızlarının, 2 milyard 279,1 milyon manatlıq hissəsi və yaxud 8,1 %-i korporativ qiymətli kağızların, 17 milyard 384,5 milyon manatlıq hissəsi və yaxud 61,9 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar, əvvəlki ilə nisbətən müvafiq olaraq 1,1 %, 4,1 % və 3,4 dəfə çoxdur.
İl ərzində bu bazarda bağlanmış əqdlərin isə 2 807-si və yaxud 20,7 %-i dövlət qiymətli kağızlarının, 3 961-i və yaxud 29,2 %-i korporativ qiymətli kağızların, 6 777-si və yaxud 50 %-i isə repo əməliyyatlarının payına düşüb. Bunlar isə illik müqayisədə müvafiq olaraq 12 % çox, 10 % az və 64,8 % çoxdur.
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay