Tenderlər
19.01.2024 / 18:11
Agentliyin tenderində qiymət sövdələşməsi
40779
İcbari Tibbi Sığorta Agentliyinin tenderində iddiaçılar arasında qiymət qaldırılmasına yönəlik sövdələşmə olub.
Valyuta.az xəbər verir ki, bu fakt üzə çıxandan sonra tenderin nəticələrinin ləğv edilməsi qərara alınıb.
Məlumat üçün deyək ki, tender Ə.D.Məlikov adına Binəqədi Tibb Mərkəzinin həyətində abadlıq işlərinin görülməsi və yeni qeydiyyat-gözləmə zalının tikintisi ilə əlaqədar layihə- smeta sənədlərinin hazırlanması işlərinin və tikinti müddətində müəllif nəzarətinin həyata keçirilməsi xidmətlərinin satın alınması ilə bağlı keçirilib.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay