BAKU Azərbaycan
5.03°C
  • USD
    1.7
  • EUR
    1.8669
  • RUB
    1.9776
  • TRY
    0.0447
  • GBP
    2.1862
40708

Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Mərkəzi Bakı ərazisində nəqliyyat sıxlığının qarşısını almaq və Abşeron yarımadasının bütün yaşayış məntəqələrindən rahat nəqliyyat və əlaqələndirmə imkanı olan ərazidə təhsil müəssisəsini yaratmaq məqsədilə Bakının mərkəzi hissəsinin hüdudlarının birbaşa yaxınlığında yaşıl universitet şəhərciyinin yaradılması təklif olunur.

Yeni universitet şəhərciyində özəl və dövlət ali təhsil müəssisələri ilə yanaşı, tələbə yataqxanaları, xarici tədqiqatçılar üçün qonaq evləri, professorlar və müəllimlər üçün qonaqlama və yaşayış yerləri təmin ediləcək.

Bəs universitet şəhərciklərinin yaradılması təhsilə necə təsir göstərəcək? İlkin mərhələdə hansı universitetlər şəhər kənarına köçürülə bilər?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən Trend-ə bildirilib ki, təhsil xidmətlərinə şəhərin bütün ərazilərində əlçatanlığın təmin edilməsi məqsədilə bu xidmətləri göstərən təhsil müəssisələrinin mərhələlərlə Baş plana uyğun olaraq bu məqsədlər üçün müəyyən edilmiş ərazilərdə yerləşdirilməsi həyata keçiriləcək.

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2023-cü il 30 dekabr tarixli 504 nömrəli qərarı ilə “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiq edilib. Baş plan özündə şəhərin bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. Bu məqsədlə şəhərin ərazi inkişafının istiqamətlərini müəyyən edəcək şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur. Əsas məqsəd bütün şəhər ərazisində hər bir sakin üçün bərabər imkanları və xidmət standartlarını təqdim etməkdir. Baş planda təhsil xidmətləri də şəhər xidmətlərinin bir növü kimi təsnifləşdirilib.

Təhsil xidmətlərinin əlçatanlığı nəticə etibarı ilə ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək", - deyə əlavə edilib.

Trend-in suallarını cavablayan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov qeyd edib ki, Bakı şəhərinin Baş planının yeni variantda təsdiq olunması və Bakı ətrafında universitet şəhərciklərinin və bilik mərkəzlərinin yaradılması ölkəmizin iqtisadi və davamlı inkişafı ilə birbaşa bağlıdır.

"Universitetlərin böyük əksəriyyəti paytaxtda şəhərin mərkəzində yerləşib. Bu gün həmin universitetlərin mərkəzdə yerləşməsi yeni kampusların salınması, binaların tikilməsi problemlərini yaradır. Ərazi olmadığından universitet üçün yeni binalar tikilə bilmir. Universitet əraziləri geniş olmalıdır. Dünyanın bir çox yerində universitet şəhərciyi ayrıca bir şəhər kimi olur. Binalar, yataqxanalar həmin ərazidə yerləşir. Bəzən bizim universitetlərdə kütləvi tədbirlər keçirmək üçün ərazi olmur. Hətta təcrübə mərkəzləri üçün belə ərazi yoxdur.

Bu məsələlər universitetin inkişafdan geri qalmasına gətirib çıxarır. Baş planda Bakının ətraf ərazilərində universitet şəhərciklərinin yaradılması inkişafa yol aça bilər. Mən deməzdim ki, bütün universitetləri paytaxt ərazisindən çıxarmağa ehtiyac olacaq. Məsələn, ADA Universitetinin kampusu artıq formalaşıb. Artıq tıxac məsələsini də həll etmək olar. Bu tıxacın yaranmasında universitetlərin böyük rolu var. Universitet şəhərcikləri salınsa, Bakının kompleks inkişafı üçün şərait yaranacaq", - deyə o bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

AXA gəmiriciləri zərərsizləşdirmək üçün 800 minlik dərman alacaq

Marsda maraqlı təbiət hadisəsi müşahidə edildi

Yarım milyonluq şirkətin 15 min manat vergi borcu var

Trampın tarif müharibəsinin Amerika biznesi üçün nəticələri nə olacaq?

Kredit təşkilatının əmlakları 13 min manatdan hərraca çıxarılır

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

İki ayda 6 tender – Ümumi dəyəri 42 milyonu keçən nazirliyin layihələri

ÜDM ilk 3 ayda 29,9 milyard manata çatdı

Ticarət müharibəsi qlobal iqtisadiyyata 2 trilyon dollar zərər vura bilər

İmkansızlıqdan araq oğurladı, 23 gün həbs verildi

İcra Hakimiyyəti 5 binanın dam örtüyünün dəyişdirilməsinə yarım milyondan çox ayırdı

Uşaq bağçası MMC-yə çevrildi

“Güvən-İnşaat”ın rəhbərinə “stop” qoyuldu

"Dollar"ın "avro"ya qarşı məzənnəsi son üç ilin minimumuna düşüb

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

Möhür itdi, status getdi - 2 gündə 4 şirkət etibarsız sayıldı

"Aqrar İnnovasiya və Təzhizat" şirkətində 104 min manatlıq dələduzluq

Birbank-ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışmasının final mərhələsi uğurla başa çatıb ®

13 illik diplomat 7 illik müddətə həbs olunub

Banklara dövlət rüsumuna dair təlimat verildi

Bu qurumun 41 min manat vergi borcu var

Daha bir MTK fəaliyyətini dayandırdı

Mərkəzi Bank sığorta brokerinin lisenziyasını ləğv edib

Bu duzlarda uyğunsuzluq aşkarlandı - Məhv edildi

Taksi sürücüləri üçün imtahan keçiriləcək

"Youtube"un pulsuz funksiyası - İstifadəçilər öz musiqilərini yarada biləcəklər

Bakı-Tbilisi qatarının bərpası təxirə salındı

Azərbaycanlı milyonçunun bazarına basqın

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Baş nazir elektromobillərlə bağlı qərarı təsdiqlədi

Pullarımızı nağd saxlayaq, yoxsa kartda?

Marketinq "KOLXOZ" deyil - "Embawood" hadisəsindən çıxarılası dərs

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin