Dünya
18.01.2024 / 13:43
Moody's: Rusiya aktivlərinin müsadirəsi dövlət istiqrazları üzrə defolta səbəb olmayacaq
40656
Beynəlxalq reytinq agentliyi Moody's bəyan edib ki, Rusiyanın xaricdəki aktivlərinin müsadirə ediləcəyi təqdirdə Rusiya Federasiyası tərəfindən alınmış istiqrazları buraxan dövlətlərdə defolt elan etməyəcək.
Valyuta.az xəbər verir ki, bu barədə Reuters yazır.
Moody's Investors Service-in baş vitse-prezidenti Thorsten Nestmann bildirib ki, agentliyin reytinqləri adətən istiqraz sahiblərinə xas mülahizələri əks etdirmir. Ona görə də defolt bu ölkələr üçün senari kimi qəbul edilməyəcək.
Öz növbəsində, S&P Global-ın EMEA suveren reytinq sektorunun rəhbəri Frank Gill vurğulayıb ki, Rusiya aktivlərinin müsadirəsi defolta səbəb olmayacaq, çünki kupon ödənişləri digər kreditorlara köçürən ödəniş agenti vasitəsilə həyata keçirilir.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay