Sosial
18.01.2024 / 09:23
Hamiləlik və doğuma görə əmək məzuniyyəti artırıla bilər
40636
Hamiləliyə və doğuma görə əmək məzuniyyətinin artırılmasını təklif edirik.
Valyuta.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.
Komitə sədri bildirib ki, 126 gün mövcud qanunvericilikdə nəzərdə tutulub: “Təklifimiz bu müddətin 140 günə çatdırılmasıdır. Yəni doğuşdan sonra olan məzuniyyətin də 14 gün artırılmasını təklif etmişik. Həmçinin, patoloji doğuşa, iki və üç uşaq dünyaya gətirmiş qadınların əmək məzuniyyətinin artırılmasına da baxa bilərik”.
© APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay