Seul Şimali Koreyaya neft qaçaqmalçılığına görə sanksiyalar tətbiq etdi
Cənubi Koreya hakimiyyəti KXDR ilə neft və digər malların ticarətində iştiraka görə sanksiyaların tətbiq edildiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, TASS bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinə istinadən yazır.
Seul BMT Təhlükəsizlik Şurasının qətnamələrini pozduqlarını əsas gətirərək 11 gəmiyə, üç hüquqi və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib. Cənubi Koreya diplomatik xidməti bildirib ki, Pxenyan nüvə və raket proqramlarını BMT Təhlükəsizlik Şurasının sanksiyalarından yayınaraq əldə etdiyi materiallar və maliyyə yardımı ilə həyata keçirib. Xüsusilə, söhbət kömür qaçaqmalçılığından və dənizdə neftin gəmidən-gəmiyə ötürülməsindən gedir.
Bundan əvvəl Şimali Koreya lideri Kim Çen In KXDR konstitusiyasına dəyişikliklərə çağırıb, Cənubi Koreyanı “daimi əsas düşmən” kimi göstərib, həmçinin müharibə vəziyyətində belə Cənubun “tam işğalı” öhdəliyini müəyyənləşdirib.
Bundan bir gün əvvəl Koreya Xalq Demokratik Respublikasının (KXDR) Koreyalararası məsələlərlə məşğul olan departamentləri ləğv edilib.
Bu arada KXDR ABŞ sualtı qayığının Cənubi Koreyaya daxil olmasını “nüvə silahından istifadə üçün şərt” adlandırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay