Danimarka mübahisələrdən sonra Norveçə verdiyi lisenziyanı ləğv etdi
Danimarka Norveçdən neftli tullantı sularının idxalı üçün verdiyi lisenziyanı ləğv edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Danimarka 2022-ci ildə sənaye suyunun təmizlənməsi ilə məşğul olan RGS Nordic şirkətinə neftli tullantı sularını təmizlənmək üçün Norveçdən idxal etməyə və prosesdən sonra suyu Agerse Sund-a axıtmağa icazə verib.
Əvvəlcə hökumət iddia edib ki, həll yolu ilə bağlı heç bir problem görmürlər. Bununla belə, Danimarkanın Ətraf Mühitin Mühafizəsi Agentliyi o vaxtdan icazələrin qaydaların pozulması ilə verildiyini və ətraf mühitin mühafizəsi üçün ən yüksək standartları müəyyən edən Aİ qanunlarına zidd olduğunu bəyan edib. Prokurorluqdan da xəbərdarlıqlar dinlənilib.
Hələ dekabr ayında Danimarkanın ətraf mühit naziri Magnus Hunicke demişdi ki, bu icazənin Aİ qanunlarına zidd olduğunu söyləməyə əsas yoxdur.
İndi nazir bildirib ki, icazələr qismən sözügedən körfəzin statusuna görə ləğv edilib və bu, ətraf mühit üçün əhəmiyyətli hesab olunur. O, nazirliyin qaydaların şərhində "çox ləng" olduğunu etiraf edib, lakin lisenziyaların qanuni olduğunu təkidlə bildirib.
Nazir əlavə edib ki, indi belə hallarda “hər idxal lisenziyasını” şəxsən nəzərdən keçirəcək.
Bu arada Norveçdə tullantıların fyordlara atılmasına icazə verilməsi ilə bağlı mübahisə də var.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay