BAKU Azərbaycan
20.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40483

Auditorlar Palatasının külli miqdarda mənimsəmədə ittiham olunan sabiq əməkdaşlarının məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda ilkin dinləmələr keçirilib.

İş üzrə müttəhim kürsüsündə Maliyyə və texniki təminat idarəsinin sabiq rəisi, baş mühasib Vəli Rəhimov, Maliyyə təminatı və xarici əlaqələr idarəsinin maliyyəçi-mühasibi Gövhər Əhmədova və Palatanın digər mühasibi Fəridə Novruzova əyləşir.

Prosesin gedişində onlar tərəfindən mənimsənildiyi deyilən məbləğin miqdarı da açıqlanıb. Bu rəqəm 700 min manatdır. 

İlk iclasdan məlum olub ki, təqsirləndirilən şəxslər cinayət işinin istintaqından narazı qalıblar.

V.Rəhimov və F.Novruzovanın vəkilləri digər müttəhim G.Əhmədovanı onların əleyhinə ifadə verməkdə ittiham edib, cinayət işinin ibtidai istintaqa qaytarılmasını istəyiblər: “Hesab edirik ki, bu iş üzrə ittiham bir nəfərin ifadəsi üzərində qurulub. Gövhər Əhmədovanın ifadəsi ilə həm Vəli Rəhimova, həm də Fəridə Novruzovaya əlbirlik ittihamı verilib. Əhmədova ifadəsində deyir ki, o, Vəli Rəhimovun tapşırıqlarını yerinə yetirib. Amma bunu təsdiq edən nə bir SMS, nə telefon zəngi, nə də şahid ifadəsi var. İstintaqda bank kartları ilə bağlı sorğular verilib, çıxarışlar alınıb. Müstəntiq ya o çıxarışlara baxmayıb, ya da baxmaq istəməyib. Orada Gövhər Əhmədovanın üç övladının bank kartlarından bəhs olunur. Birinci övladı deyir ki, mənim xəbərim olmayıb, kartlardan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, həmin kartla Türkiyədən mallar alınıb, restoranlarda hesab verilib. İkinci övladı Kütləvi İnformasiya Vasitələrindən birində işləyir. O da deyib ki, xəbərim yoxdur, kartdan pulları anam çıxarıb. Amma çıxarışlardan görünür ki, işlədiyi yerin binasındakı bankomatdan pul çıxarılıb. Bundan başqa, üçüncü övladı da “xəbərim yoxdur” deyir. Amma özü banka gedib kartdan 18 min manat pul çıxarıb. Hər kəs öz əməlinə görə mühakimə olunmalıdır”.

Müdafiə tərəfinin dediyinə görə, Palatada neqativ hallar daha çox pandemiya dövrü və Vətən müharibəsindən sonraya təsadüf edib. Vəkillərin arqumentinə əsasən, bu, ondan irəli gəlir ki, 2020-ci ildə Vəli Rəhimovun oğlu şəhid olub və özü təxminən bir il işlərindən uzaqlaşmaq məcburiyyətində qalıb. Baş verənlərə nəzarət edə bilməməsinin səbəbi də bu olub. Qayıdandan sonra neqativ halları aşkar edib, bu barədə rəhbərliyə məlumat verib. Bundan sonra komissiya təşkil edilib, lakin ekspertiza keçirilməyib, araşdırma çox primitiv aparılıb.

Təqsirləndirilən Novruzovanın vəkili də vəsatətin təmin olunmasını istəyib.

Vəkil deyib ki, G.Əhmədovanın övladları da bu işdə iştirakçı olublar. Müdafiəçi həmçinin ilkin istintaqda müvəkkilinin müdafiə hüquqlarının pozulduğunu bildirib: “Fəridə Novruzovanı aldadıb sənədlərə qol çəkdiriblər, yanında vəkil olmayıb. Ona görə də iş ibtidai istintaqa qaytarılmalı və cinayət işinə xitam verilməlidir”.

Rəhimov və Novruzovanın ittiham etdiyi Gövhər Əhmədovanın vəkili isə cinayət işinin ibtidai istintaqa qaytarılmasına etiraz edib. Vəkil  bildirib ki, müvəkkilinin uşaqlarının ünvanına səsləndirilən fikirlərin heç bir əsası yoxdur.

Məhkəmə tərəflərin fikrini öyrəndikdən sonra qərarı elan edib. Qərara əsasən, iş məhkəmə baxışına verilib.

Proses yanvarın 26-da davam edəcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Onlara qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Hər biri barəsində istintaq dövrü müddəti üçün həbsə alternativ qətimkan tədbiri seçilib.

Məlumat üçün bildirək ki, Vəli Rəhimovun baş leytenant olan 1993-cü il təvəllüdlü oğlu Kamil Rəhimli 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi zamanı şəhid olub. Döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əhalinin ticarət şəbəkələrində xərclədiyi vəsaitin məbləği açıqlanıb

Türkiyənin ilk yerli elektromobili gələn il Avropa bazarına çıxarılacaq

Tıxaclı yollar bu avtomobillərin sahiblərini böyük məbləğdə ziyana sala bilər (VİDEO)

Soyuq may ayında qiyməti ilə “isindirən” kafelər: Vəziyyət nə zaman düzələcək? - VİDEO

Bu yolda yarımdairə ləğv edilir (VİDEO)

Radiasiya səviyyəsinə görə ən təhlükəli 5 smartfon

Prezident: Bizim energetika sahəsində çox böyük planlarımız var

Bakıda 50 minə yaxın VI sinif şagirdi monitorinqdə iştirak etdi

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirildi (YENİLƏNİB)

Sərhəddə İlham Əliyevlə İbrahim Rəisi arasında görüş keçirildi (YENİLƏNİB)

Sabahın hava proqnozu

Təhsil eksperti: "Hər il 10 minə yaxın tələbə diplom ala bilmir"

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin