Avropaya ikinci ən böyük qaz tədarükçüsü yanacaq tranzitini dayandırdı
ABŞ-ın Yəməndəki husi hədəflərinə qarşı hava hücumlarından sonra Qətər LNG tankerlərinin Bab əl-Məndəb boğazından daşınmasını dayandırıb.
Valyuta.az "Bloomberg"ə istinadən xəbər verir ki, boğaza gedən ən azı beş LNG gəmisi cümə günündən etibarən hərəkətini dayandırıb.
Bu, soyuq qışda Avropaya ən böyük LNG ixracatçılarından birinin tədarükünün kəsilməsi riskləri yarada bilər. Agentlik bildirir ki, Avropa qazla kifayət qədər təchiz olunduğundan və sənaye tələbatı aşağı səviyyədə qaldığından, yaxın gələcəkdə qıtlığın olması ehtimalı azdır.
Avropaya gedən üç LNG tankeri Oman sahillərində dayanıb. Qətərə qayıdan daha iki boş gəmi Bab əl-Məndəbin hər iki tərəfində hərəkəti dayandırıb.
ABŞ və Britaniya donanmaları İranın dəstəklədiyi husilərə qarşı hava hücumlarından sonra gəmilərə Qırmızı dəniz bölgəsindən qaçmağı tövsiyə edib. Qətər hələ də boğazdan istifadə etməyə davam edən azsaylı təchizatçılardan biri idi.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay