Dünya
14.01.2024 / 15:25
Kanadada mənzil problemi xarici tələbələrin sayının məhdudlaşdırılmasına səbəb ola bilər
40402
Kanada hakimiyyəti əcnəbi tələbələrin sayını məhdudlaşdırmağı nəzərdən keçirməyi planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə Kanadanın immiqrasiya, qaçqınlar və vətəndaşlıq naziri Mark Miller "CTV News" telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, yaxın bir neçə ay ərzində ölkədə yaşayan əcnəbi tələbələrin sayının məhdudlaşdırılması imkanlarına baxıla bilər. Miller məsələnin mənzil çatışmazlığı ilə bağlı olduğunu izah edib.
Nazir qeyd edib ki, ölkədə yaşayan əcnəbi tələbələrin sayı qarışıqdır və sistem nəzarətdən kənarda qalıb.
Eyni zamanda Miller aydınlaşdırıb ki, əcnəbi tələbələrin sayının məhdudlaşdırılması ölkədə mənzil çatışmazlığı probleminin universal həlli olmayacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay