Dünya
13.01.2024 / 16:02
AK təsdiqləmədi, Fransada 27 milyon sikkə məhv edildi
40375
Dizaynı Avropa Komissiyası tərəfindən təsdiqlənmədiyi üçün Paris Sikkəxanası 27 milyon sikkəni məhv etməli olub.
Valyuta.az xəbər verir ki, bu barədə Fransanın "Lettre" nəşri məlumat yayıb.
Nəşr yazır ki, zərbxana rəhbəri iqtisadiyyat naziri Bruno Le Mairenin səfəri ərəfəsində işçilərini yeni dizaynla 10, 20 və 50 avro sentlik 27 milyon sikkə zərb etməyə tələsdirib. Nəticədə, Le Mairenin gəlişindən altı gün əvvəl Avropa Komissiyası dizaynı təsdiqləməkdən imtina edib. Çünki sikkələrdə Avropa İttifaqına üzv ölkələrin simvolu olan ulduzlar zəif görünüb..
Paris Sikkəxanası Fransa hakimiyyətini səhv etməkdə ittiham edib. Sikkələrin tələsik zərb edilməsi səbəbindən xəzinənin 700 min avrodan 1,2 milyon avroya qədər zərər edəcəyi qeyd edilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay