BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.75
  • RUB
    1.6396
  • TRY
    0.0478
  • GBP
    2.0777
40362

Ərzaq bahalaşmasının ölkədəki şadlıq sarayları və restoranlara təsirləri qaçılmazdır. Bəzi hallarda süni qiymət artımı bu iaşə xidmətlərinə də təsir göstərir. Cari ildən isə şadlıq saraylarında qiymətlərin artımı ilə bağlı anonslar edilir. İqtisadçılar isə hesab edirlər ki, şadlıq saraylarındakı qiymət artımı daha çox obyektiv səbəblərə söykənir.

İqtisadçı ekspert Natiq Cəfərli İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda ardıcıl 3 ildir inflyasiyanın səviyyəsi artıb, ərzaq inflaysiyası isə hələ də iki rəqəmli olaraq qalır.

Onun sözlərinə görə, şadlıq saraylarında menyuların tərkibində istifadə olunan əsas xərc hissəsi məhz ərzaq məhsullarıdır. Ekspert söyləyib ki, bu məhsulların qiymətində kəskin artım müşahidə olunur: “Məsələn, bazarda quzu ətinin 1 kiloqramının qiyməti 20 manata təklif edilir. Belə olan halda bu, təbii ki, şadlıq saraylarındakı xidmət göstəricilərini, eləcə də onların təklif etdikləri menyuların qiymətlərinin artmasını qaçılmaz edir. Ümumiyyətlə, şadlıq sarayları Azərbaycanda nadir sahələrdən biridir ki, burada ciddi rəqabət hökm sürür. Təkcə Bakıda onlarla şadlıq sarayı var və onlar arasında sövdələşib qiymət təyin etmək mümkün deyil. Ona görə də burada qiymət artımı daha çox obyektiv səbəblərə söykənir”.

“Həmçinin mikro sahibkarların vergi rüsumlarının 5%-dən 20%-ə qaldırılması məsələsinə gəlincə, şadlıq saraylarında bir çox xidmət sahələrində çalışanlar, məsələn, musiqiçilər, fotoqraflar, ofsiantlar mikro sahibkar kimi qeydiyyatdan keçirlər. Onların vergiləri artdıqda istər-istəməz bu, şadlıq saraylarında qiymətlərə təsir göstərəcək”, - o əlavə edib. 
    
Milli Məclisin deputatı Aqil Abbas isə İqtisadiyyat.az-a açıqlamasında deyib ki, şadlıq evlərində menyuların qiymətləri müxtəlif ola bilər.

Onun sözlərinə görə, kimin büdcəsi nəyə imkan verirsə, ona uyğun da restoranı seçə bilər: “Şadlıq evində toy etməyə imkanı çatmayanlar palatkada keçirə bilərlər. Şadlıq evlərinə “qiymətləri azaldın” demək doğru olmaz. Onlar da öz gəlir və xərclərini hesablayıb müəyyən qiymətlər təyin edirlər. Hər gün televiziya kanallarında da şadlıq evləri ilə bağlı reklamlar yayımlanır. İnsanlar televiziyadakı reklamlara baxıb özlərinin büdcələrinə uyğun restoranları seçə və orada da məclislərini keçirə bilərlər. Ucuz şadlıq sarayları da var. Hətta rayonlarda elə şadlıq evləri var ki, aşpazı, musiqiçiləri, ofsiantları toy sahibi özü seçir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Bakı metrosu "Dərnəgül" deposunu istifadəyə verməyə hazırlaşır

Nazir: Saxlanılan gəmilərimizlə bağlı danışıqlar davam edir, müsbət irəliləyişlər var

Əhali ən çox pulu hansı aylarda xərcləyir? - QRAFİK

Bakının bu rayonunda üç gün su olmayacaq

Bakının bu rayonunda üç gün su olmayacaq

Metropolitenin yeni rəhbəri sıxlığı necə həll edəcək? - AÇIQLAMA

"Shiba Inu Coin" üçün böyük həftə: inqilabi açıqlamalar verildi

Vüsal Aslanov: "Bakıda tikiləcək 10 metro stansiyasının konseptual yerləri artıq bəllidir"

Xəzər dənizində üzən gəmilərə xəbərdarlıq - RƏSMİ

İran və Azərbaycan arasında yeni sazişin imzalanması gözlənilir

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

"Bitcoin"in qiyməti tarixi maksimuma çatdı

Saxta sertifikatlı plastik cərrahlarla bağlı Səhiyyə Nazirliyi və Baş Prokurorluq birgə komissiya yaradıb

Baş prokuror: AZAL təyyarəsinin qəzaya düşməsi ilə bağlı Qazaxıstan və Rusiya ilə birgə araşdırmalar aparırıq

Eldar Əzizov: "Bakının Baş planı əsasında köhnə tikililərin söküntüsü davam edir"

Azərbaycanda 1 milyondan çox insana 200 manat verilə bilər

Tramp inauqurasiyadan dərhal sonra təxminən 100 fərman imzalamağı planlaşdırır

Rusiya təyyarəsi Bakıda məcburi eniş edib

Mehriban Əliyeva 20 Yanvarla bağlı paylaşım etdi

Qanlı 20 Yanvar faciəsindən 35 il ötür

"MIT"in yeni süni arıları - "Euronews"

Zelenski Avropa İttifaqına 70 milyard avro ziyan vura bilər

Sərt iqtisadi siyasətlər və Tramp-Avropa münasibətləri - "Bloomberg"

Trampın andiçməsinə qatılacaq texnologiya milyarderləri - "The Street"

Prezident İlham Əliyev 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib

Davos 2025: "Mag 7", kriptovalyuta, süni intellekt və digər önəmli mövzular

Ucuz reklamın qurbanına çevrilənlər

Ucuz reklamın qurbanına çevrilənlər

Sabah Bakı metrosunun iş rejiminə dəyişikliklər ediləcək

"Tesla"nın süni intellekt dünyasındakı artan rolu - "Optimus", "SpaceX", "xAI"...

Alman nəhəngindən kütləvi ixtisarlar

BP "Şahdəniz Alfa" yatağında hasilatı bərpa etdi

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin