BAKU Azərbaycan
21.01°C
  • USD
    1.7
  • EUR
    1.9044
  • RUB
    2.125
  • TRY
    0.0438
  • GBP
    2.264
40343

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, bu ildən Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında mehmanxana, hotel və sanatoriya fəaliyyətində istifadə edilən daşınmaz əmlaka görə əmlak vergisi 3 il müddətinə 75 % azaldılıb.

Sahibkarların xərcləri azalacaq

Valyuta.az xəbər verir ki, "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" (ATAA) İctimai Birliyinin İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov  belə güzəştlərin ölkənin turizm sənayesi üçün müsbət addım olduğunu deyib:

“Bu, regionlarda turizmin inkişafında stimullaşdırıcı addımdır. Çünki əvvəllər əmlak vergisi ilə bağlı sahibkarlar böyük məbləğdə ödənişlər etməli olurdu. Nəticədə isə bu, turizm xidmətlərinin bahalaşmasına gətirib çıxarır. Maddi imkanları az olanda müəssisələr rəqabətə girə bilmir. Sözügedən addım sahibkarların xərclərini azaldacaq və onlara imkan verəcək ki, bazara daha münasib qiymətlər təklif etsinlər. Eyni zamanda bu güzəştlər xərcləri azaltdığı üçün turizm sənayesində çalışanların gəlirlərini artıra bilər”.

Güzəştlər çox çeşidli olmalıdır

Turizm Peşəkarları Təşkilatının sədri Ceyhun Aşurov da sözügedən dəyişikliyin regionlarda turizmi inkişaf etdirmək üçün stimullaşdırıcı addım olduğunu hesab edir:

“Bu qərar regionlardakı turizm müəssisələrinin yarıdan çoxunu əhatə edir. Amma bu, köklü güzəştlərdən biri deyil. Bu cür güzəştlərin olması müsbət haldır. Bu güzəşt iri obyektlərin vergi yükünə müəyyən qədər təsir göstərəcək. Amma kiçik obyektlər üçün bu, elə də böyük rəqəm deyil. Gələcəkdə bu cür vergi güzəştlərinin əhatəsinin genişlənməsi arzu ediləndir. Belə olduqda çeşidli güzəştlər sahibkarları daha çox stimullaşdırar. Gələcəkdə də regionlarda yeni obyektlərin açılması sahibkarlıq subyektləri üçün daha maraqlı olar".

C. Aşurov hesab edir ki, müxtəlif istiqamətlərdə güzəştlər olarsa, yəni vergi güzəştləri, maliyyə əlçatanlığı, müxtəlif azadolmalar kimi şərtlər nə qədər çox olarsa, daha çox iş yerləri yaranar, gələcəkdə vergi daxilolmalarına, insanların iqtisadi aktivliyinə müsbət təsir göstərər, turistlərin ölkəmizdə daha çox əraziyə axın etmələrinə səbəb olar.

"Dolayısıyla regionlarda bir iqtisadi aktivlik yaranar ki, bu da ümumi iqtisadi canlanmaya səbəb olar. Bunlar müsbət addımlardır, amma yetərli deyil. Belə tədbirlər davamlı olmalı və daha geniş şəkildə tətbiq edilməlidir”, - Turizm Peşəkarları Təşkilatının sədri vurğulayıb. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak etmək istəyən şəxslərin nəzərinə

10 kiloqram qızılı talayıb bataqlıqda gizlənən şübhəli dəstə ifşa olundu

Bu şəxslər pensiyaya daha erkən çıxa bilər - RƏSMİ

Şirkətin əmlakı hərraca çıxarılır - Vergi borcuna görə

Feldşer lotereyadan 1 milyard uddu

İspaniyada mobil şəbəkələr çökdü: Böhranın səbəbi nədir?

“Şəki” restoranının sökülməsinə görə kompensasiya ödənilib - Fantastik məbləğ

Avtomobil nömrələrini fantastik qiymətə satan kimlərdir?

Ağdamdan Özbəkistana 1,3 milyonluq divar kağızı ixrac olunacaq

Turizm Agentliyi xarici blogerləri Azərbaycana gətirəcək - 266 min pul ayrıldı

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

Everestə qalxmaq üçün nə qədər maliyyə lazımdır?

AZCON-un bu departamentinə rəhbər təyin edildi

Sərgidə satış qiymətləri normal bazar ilə eyni olmalıdır? - EKSPERT

Bu tarixdə ölkədə iş olmayacaq

Azərbaycanın quru neft yatağında Macarıstan şirkəti fəaliyyətə başlayacaq

Kapital Bank “International investor” tərəfindən daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”®

Azərbaycan dünya startap reytinqində irəlilədi

Bu cərimə 55 manatdan 500 manata qaldırılır

“İnternational HR Summit 2025”də İnsan Resurslarının gələcək hədəfləri müzakirə olunur

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Bu ölkə Azərbaycana ədədi 170 manatdan həşərat satıb

Təhlükəsizlik göstəriciləri ən pis olan 10 sərnişin təyyarəsi - SİYAHI

Boşanma prosesi nə qədər vaxt aparır?

İntiqam Babayevin yerinə Aparat rəhbəri təyin olundu

İş vaxtında başqa şirkət üçün işləyən işçi dərhal çıxarıla bilərmi?

Sabah 30 dərəcə isti olacaq

İnzibati cərimələrdə bu şəxslərə 10 faizlik güzəşt tətbiq ediləcək

"Son zəng"in keçiriləcəyi tarix açıqlandı

Sürücülərin Nəzərinə! - Cərimələrlə bağlı yenilik olacaq

ABŞ-ın ən böyük avtomobil istehsalçısı Çinə ixracını dayandırdı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin