Bloomberg: ABŞ-ın Yəməndəki zərbələrinə İran cavab verərsə...
ABŞ və Böyük Britaniyanın Yəməndəki əməliyyatları fonunda İranın mümkün tədbirləri halında qlobal yanacaq tədarükünün təxminən 20%-i risk altında olacaq.
Valyuta.az bu fikri Bloomberg ekspertlərə istinadən yazır.
Onun sözlərinə görə, İranın Hörmüz boğazı ilə yük daşımalarını məhdudlaşdırmaq üçün potensial tədbirləri yanacaq bazarlarına xüsusi təsir göstərə bilər. Bu halda dünya neft və maye qaz ehtiyatlarının 20%-ə qədəri təsir altına düşə bilər. Hörmüz boğazının bağlanmasının nəticələrinin Ukraynadakı münaqişənin yanacaq bazarlarına təsirindən iki dəfə çox olacağı vurğulanır.
Qeyd edildiyi kimi, neft istisna olmaqla, yanacaq bazarları hələ də ABŞ və İngiltərənin Yəmən husilərinin mövqelərinə hücumlarına reaksiya verməyib. MST Marquee tədqiqat platformasının analitiki Saul Kavoniçin sözlərinə görə, Yaxın Şərqdə eskalasiya səbəbindən neft və qaz nəqli üçün potensial təhlükə lazımi səviyyədə qiymətləndirilməyib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay