Məmməd Musayev: "Son 20 ildə böyük maliyyə ehtiyatları formalaşıb"
Son 20 ildə Azərbaycanda böyük maliyyə ehtiyatları formalaşıb və nəticədə, iqtisadi və maliyyə təhlükəsizliyinin əsas dayaqlarından olan strateji valyuta ehtiyatları 42,8 dəfədən çox artaraq 2023-cü ilin sonuna 68,5 milyard ABŞ dollarına çatıb.
Valyuta.az xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev Bakıda keçirilən "Dövlət-Sahibkar Tərəfdaşlığı:Dayanıqlı İqtisadiyyatın Əsası" mövzusunda tədbirdə bildirib.
O, qeyd edib ki, Azərbaycanda gedən sürətli iqtisadi inkişafı dünya reytinq təşkilatları yüksək qiymətləndirib: "Beynəlxalq reytinq agentliyi - "Fitch Ratings"in dərc etdiyi hesabatda ölkənin uzunmüddətli yerli və xarici valyutada reytinqi üzrə proqnozu "pozitiv" təsdiqləməsi son illər aparılan iqtisadi islahatlar nəticəsində mümkün olub. Azərbaycanın 2030-cu ilə qədər Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə, sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft-qaz sektorunu daha da inkişaf etdirmək, insan kapitalının inkişafı ilə dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir".
© Report
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay