ABŞ və Britaniyanın Yəmənə zərbələrindən sonra neft qiymətləri bahalaşdı
"Benchmark Brent" markalı neft cümə günü səhər saatlarında 2%-dən çox bahalaşıb.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ və Böyük Britaniya Qırmızı dənizdə beynəlxalq gəmilərə hücumlarına cavab olaraq Yəmən husilərinin hədəflərini vurduqdan sonra qiymətlər artmağa başlayıb.
"Brent" markalı neftin mart fyuçersləri bir barel üçün 79,24 dollara (+2,36%) ticarət edilib. WTI markalı neftin fevral fyuçersləri 2,32% artaraq 73,69 dollar/barelə çatıb. Bunu ICE ticarət məlumatları sübut edir.
Yanvarın 12-nə keçən gecə ABŞ və Böyük Britaniya Yəməndəki husilərin mövqelərinə “Tomaqavk” qanadlı raketləri ilə bir neçə dəfə hücum edib. Birləşmiş Ştatların prezidenti Co Bayden bildirib ki, hədəflər Vaşinqton və onun tərəfdaşlarının öz xalqına qarşı hücumlara dözməyəcəyinə və ya düşmən tərəflərin naviqasiya azadlığını güzəştə getməsinə imkan verməyəcəklərinə dair açıq siqnaldır.
Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə oktyabr ayında başlayan hücumları, qlobal daşımaların təxminən 15%-ni təşkil edən Avropa və Asiya arasında əsas marşrutda beynəlxalq ticarəti pozub. Beynəlxalq nəqliyyat və logistika şirkətləri sular vasitəsilə tranziti dayandırmağa və Ümid burnundan keçən marşrut boyunca gəmiləri yönləndirməyə məcbur olublar. Bu, çatdırılma müddətinin uzadılmasına, yanacağın bahalaşmasına və konteynerlərin daşınma qiymətlərinin artmasına səbəb olub.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay