"Məbləğindən asılı olmayaraq əmək pensiyaları 10,8% indeksasiya olunaraq artırılacaq"
“Baxmayaraq ki, indeksasiya ilə bağlı sərəncam fevralın əvvəlində qəbul ediləcək, amma indeksasiya yanvardan tətbiq olunduğu üçün yanvar ayında hesablanmış artım fevral ayında pensiyaçılara təqdim olunacaq”.
Bunu Valyuta.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov cari ildə əmək pensiyalarının indeksləşdirilmə əmsalının 10,8 faiz proqnozlaşdırılmasına münasibət açıqlayarkən deyib. Deputatın sözlərinə görə, hər il olduğu kimi 2024-cü ildə də əmək pensiyalarının indeksasiya olunaraq artırılması həyata keçiriləcək:
“Dövlət Sosial Müdafiə Fondunun bu istiqamətdə indeksasiyası 2023-cü ildəki orta aylıq əmək haqqındakı artım faizinə uyğun olaraq həyata keçirilir. Öncədən proqnozlaşdırıldığı kimi əmək haqqı artımları təxminən 11% ətrafında dəyişirdi. Son rəqəm 10, 8%-dir. Bu o deməkdir ki, pensiyalar 10, 8% indeksasiya olunacaq. Bu bütün əmək pensiyalarını əhatə edəcək. Məbləğindən asılı olmayaraq əmək pensiyaları 10,8% indeksasiya olunuraq artırılacaq. Eyni zamanda əmək pensiyası alan bütün vətəndaşalarsa indeksasiya tətbiq olunacaq”.
Vüqar Bayramov hazırda vahid indeksasiya mexanizmi tətbiq olunduğu üçün pensiyalardakı artım əmək pensiyası alan bütün vətəndaşları əhatə edir:
“Ona görə də artıq gözlənilir ki, fevral ayının əvvəllərində indeksasiya ilə bağl sərəncam olacaq. Çünki rəsmi orta aylıq haqqı ilə bağlı rəsmi statistika fevral ayının əvvəlində bəlli olacaq. Və ona uyğun olaraq da pensiyalar indeksasiya olunaraq artırılması rellaşacaq. Yanvar ayı üçün hesablanmış artım fevral ayının artımı ilə birlikdə ödəniləcək”.
Qeyd edək ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov deyib ki, cari il üçün əmək pensiyalarının indeksləşdirilmə əmsalı olaraq 10,8 faiz proqnoz gözlənilir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay