"Hyundai" zavodu Rusiyada fəaliyyətini bərpa etdi
Sankt-Peterburqdakı "Hyundai Motor Manufacturing" zavodu yanvarın 9-da fəaliyyətini bərpa edib.
Valyuta.az xəbər verir ki, bu barədə “Fontanka” şirkətin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, müəssisə hələ də kadr hazırlığı və avadanlıqlara texniki qulluq başa çatana qədər bir növbə ilə işləyir. Hazırda zavodda 800 nəfər çalışır.
"Hyundai" zavodu 2010-cu ildən Sankt-Peterburqda fəaliyyət göstərir. Onun istehsal gücü ildə 200 min avtomobil istehsal etməyə imkan verir. İstehsal 2022-ci ilin martında dayandırılmazdan əvvəl zavod "Hyundai Creta" və "Solaris", həmçinin "Kia Rio" və "Rio X-Line" istehsal edirdi.
2023-cü ilin dekabrında məlum olub ki, "Hyundai Motor" Sankt-Peterburqdakı zavoddakı payını Rusiyanın "Art-Finance LLC" şirkətinə satmaq qərarına gəlib.
Eyni zamanda, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin rəhbəri Denis Manturovun verdiyi məlumata görə, "Hyundai Motor" Rusiyada avtomobillərə zəmanət və texniki qulluq üzrə öhdəliklərini özündə saxlayır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay