ABŞ Rusiya aktivlərinin müsadirəsi ilə bağlı qərar verə bilmir
Amerikanın maliyyə naziri Canet Yellen bildirib ki, Rusiya aktivlərinin müsadirəsi məsələsi G7 səviyyəsində nəzərdən keçirilir.
Valyuta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb .
Onun sözlərinə görə, Vaşinqton Rusiya Federasiyasının suveren aktivlərinin müsadirə edilməsi və Ukraynaya verilməsi ilə bağlı hələlik qərar qəbul etməyib.
"G7 liderləri bu variantların araşdırılmasını, tədqiq edilməsini və risklərin qiymətləndirilməsini xahiş ediblər", - Yellen deyib.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədr müavini Aleksey Çepa bəyan etmişdi ki, Qərb ölkələri Rusiyanın dondurulmuş aktivlərini Kiyevə ötürməyəcək.
Çepa bu senarini son dərəcə riskli adlandırıb.
Yanvarın 6-da Ukrayna prezidenti Vladimir Zelenski Qərb siyasətçilərini dondurulmuş Rusiya aktivlərini mümkün qədər tez ölkəsinə köçürməyə çağırıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay