Dünya
08.01.2024 / 23:16
Hindistan və Rusiya nüvə enerjisi sahəsində əməkdaşlığı inkişaf etdirəcək
40068
Rusiya Federasiyasının Hindistandakı səfiri Denis Alipov bildirib ki, iki ölkə nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Valyuta.az xəbər verir ki, o, bu barədə Valday Klubu və Vivekananda Fondunun konfransında bildirib.
“Biz Hindistanın digər obyektlərində nüvə enerjisi sahəsində əməkdaşlığı genişləndirmək və daha böyük gücə malik nüvə reaktorları təklif etmək üçün əməkdaşlığı davam etdirməyə ümid edirik”, deyə diplomat bildirib.
Onun sözlərinə görə, Kudankulam atom elektrik stansiyasında hər biri 1000 meqavat gücündə 6 reaktor var.
“Biz həmçinin kiçik nüvə reaktorları ilə bağlı dialoq aparırıq”, deyə Alipov bildirib.
O əlavə edib ki, bu, iki dövlətin maraqlarına cavab verir.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay