BAKU Azərbaycan
19.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8455
  • 1 Rusiya rublu
    0.0187
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1513
40056

“Əfsus ki, sovet dövründən qalan bu yolu indiki durumda genişləndirmək şəhərin daxilində çox mürəkkəbdi. Digər alternativlərdən istifadə etmək lazımdır. Amma su nəqliyyatının yaradılmasını yeni baş plana əlavə etsəydilər, bu, daha yaxşı olardı və tıxacın qarşısını qismən də alardı.” 

Bunu Valyuta.az-a nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Bakının yeni hazırlanmış baş planına tıxac və sıxlığın qarşısını almaq üçün su nəqliyyatı ilə bağlı layihənin əlavə edilməməsi haqqında danışarkən deyib.

Rövşən Həsənov bildirib ki, baş planın açıqlanması təqdirə layiq və ürəkaçıcı bir məqamdır. Amma əfsuslar olsun ki, bura dəniz nəqliyyatı ilə bağlı heç nə salınmayıb:

“Məsələn, dənizkənarı bulvardan Əhmədli istiqamətində, Zığ istiqamətində  dəniz nəqliyyatını baş plana əsasən işə salsa idilər, burda liman yaradıb dəniz yolu ilə daşıma həyata keçirsəydilər yaxşı olardı.  Sadəcə bu nəqliyyatın səmərəliliyini yəni, sərfiyyatı, gedişhaqqını hesablamaq lazımdır. Amma bu nəqliyyat qismən də olsa sıxlıq və tıxacın qarşısını alardı”. 

Hazırda Bakının yollarındakı hər gün ağırlaşan vəziyyət haqqında da danışan ekspert bildirib ki, ümumi sıxlıq və tıxacın qarşısının alınması, geniş miqyaslı məsələdi:

“Yəni sırf sərnişindaşımanı artırmaq, zolaqların sayını artırmaq həll deyil. Bunu həyata keçirtmək üçün tikinti normativlərinə uyğun olaraq zolaqlar artırılmalıdır, yollar genişləndirlməlidir. İndi küçələrdə salınan velosiped zolaqlarını yolun daxilində yox, indiki yolun kənarında genişləndirərək əlavə etmək lazım idi. Məsələn, yolda iki zolaq varsa, onun da birinin yarısında velosiped zolağı yaradılır. Bu da yolun daralmasına səbəb olur. Onsuz da bu iki zolaq üzərindən yolun pik saatında hərəkət intensiv olduqda sıxlıq və tıxacı biz yaşayırıq. Belə olan halda velosiped zolağını bu yola daxil etməkdə məqsəd nədir? Bu çıxış yolu deyil. Sıxlıq və tıxacın qarşısını almaq üçün bir çox planlar işlənməlidir. Bir planlar üzərindən iş getməz”. 

Qeyd edək ki, Nazirlər Kabineti "Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nı təsdiq edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərar Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında 29 iyun 2012-ci il tarixli qanunun tətbiqi barədə ölkə Prezidentinin 4 sentyabr 2012-ci il tarixli fərmanına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təklifi nəzərə alınaraq qəbul edilib.

Davud

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Maaşlar nə qədər artırılacaq? - Noyabrın 1-dək...

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

Azərbaycanda bu məhsul yenidən bahalaşa bilər (SƏBƏB)

İşǝmuzd əməkhaqqının hesablanması qaydası

10 manatdan 150 manatadək: Uşaq qidaları niyə bahadır? - AÇIQLAMA + VİDEO

Kasıbın maşını olmayacaq?

Bu məhsulun satışından qazandığımız gəlir 16 dəfə azalıb

LinkedIn platformasının tələbələr üçün hansı üstünlükləri var?

“Bütün enerjisini işə həsr edənlərdə infarkt riski daha yüksəkdir” – Terapevt

Saxta pullarla insanları aldatma halları artır (VİDEO)

Yağışlı hava kənd təsərrüfatı məhsullarına necə təsir edib?

Karxulu kəndində 940 fərdi ev inşa ediləcək

Siyasətlə başlayıb, data alimi oldu

Siyasətlə başlayıb, data alimi oldu

2040-cı ilədək Mincivanda 630 fərdi ev və yaşayış binaları tikiləcək

Yeni kənd və qəsəbələrin təməli qoyuludu, məscidin açılışı oldu (YENİLƏNİB)

Azərbaycanda problemli kreditləri azaldan səbəb

Hərbi Hava Qüvvələrinin yeni komandanı kimdir? - DOSYE

Şahdağa qar yağıb, Qax və Sabirabada dolu düşüb

Azərbaycanlı gənc biznesmen Rusiyada qəfil vəfat etdi (FOTO)

Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"

Abşeron və Qaradağda tikilməkdə olan ev və obyektlər söküldü (VİDEO)

Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ

Qaxa dolu düşdü, yağış suları həyətlərə doldu (FOTOLAR)

Sabah hava necə olacaq?

Taleh Kazımov: Bank sektorunun 25 mlrd. manat böyümə potensialı var

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə həvalə edildi

Slovakiya Azərbaycanın COP29 ilə əlaqədar tədbirlərini dəstəkləməyə hazırdır

DİN xaricdə təhsil almaq istəyənlərə xəbərdarlıq etdi

"Aqroservis"in sədri Qazaxda vətəndaşları qəbul edəcək

Universitetlərə attestatla qəbul olacaq? - DİM sədri

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin