Dünya
08.01.2024 / 14:15
ABŞ hökumətinin 2024 büdcəsi 1,6 trilyon səviyyəsində razılaşdırıldı
40028
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, 2024-cü il üçün federal hökumətin ümumi büdcəsi 1,6 trilyon, o cümlədən müdafiə üçün 886 milyard dollar səviyyəsində razılaşdırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti yazır.
Consonun sözlərinə görə, ABŞ hökumətinin bu il üçün razılaşdırılmış ümumi büdcəsi 1,590 trilyon dollardır. Bura 886 milyard dollar müdafiə, 704 milyard dollar isə qeyri-hərbi xərclərə daxildir.
Daha əvvəl ABŞ prezidenti Co Bayden , Amerika Konqresinin federal hökuməti maliyyələşdirməyə davam etmək barədə razılığa gəldiyini və bunun "lazımsız bağlanmanın" qarşısını alacağını söyləyib.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay