Lukaşenko: "Kəndsiz dövlət olmayacaq"
Belarus prezidenti Aleksandr Lukaşenko kəndin qorunub saxlanmasının vacibliyini bəyan edib və kənd təsərrüfatının ölkə üçün əhəmiyyətini vurğulayıb. Onun sözlərinə görə, kəndsiz dövlət olmayacaq.
Valyuta.az BELTA agentliyinə istinadən xəbər verir ki, dövlət başçısı bunu Milad bayramı üçün getdiyi Minsk yaxınlığındakı Vəftizçi Yəhya peyğəmbərin kilsəsində bəyan edib.
"Hətta bu kənd kilsəsində kənd haqqında iki kəlmə demək istəyirəm. Görürsünüz ki, bu çətin günlərdə kəndi qorumaq üçün çox işlər görürük... Kəndi itirsək, dövləti də itirəcəyik. Bu, sadəcə olaraq mövcud olmayacaq", deyə Lukaşenko bildirib.
Belarus prezidenti əlavə edib ki, kənd xalqın çörəkpulu, dövlətin əsasıdır. O, eyni zamanda vurğulayıb ki, bu, şəhərləri unutmaq demək deyil, şəhər sənayedir. Lukaşenko qeyd edib ki, sənaye olmadan kənd də inkişaf edə bilməz.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay