Dehlidə tempratur +16 dərəcəyə düşdü, məktəblər bağlandı
Hindistanın paytaxtının təhsil naziri Atişi Marlena bildirib ki, soyuq hava ilə əlaqədar Dehli hökuməti məktəbəqədər təhsil müəssisələrinin şagirdləri və 1-5-ci siniflər üçün qış tətilini yanvarın 12-dək uzadıb.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
"Soyuq hava şəraitinin hökm sürməsi ilə əlaqədar Dehlidə uşaq bağçasından 5-ci sinfə qədər şagirdlər üçün məktəblər növbəti 5 gün ərzində bağlanacaq", deyə nazir sosial mediada yazıb.
Maksimum temperatur Pəncab və Haryana ştatlarının bir çox yerlərində +9-12 dərəcə, şimal Racastan, Dehli, Madhya Pradeşin şimal-qərbində və Uttar Pradeşin bəzi hissələrində isə +13-16 dərəcə aralığındadır. Bu ərazilərdə havanın temperaturu ilin bu vaxtı normadan 4-9 dərəcə aşağıdır.
Hindistan Meteorologiya Departamentinin məlumatına görə, soyuq havanın zəifləmədən əvvəl Dehli, Pəncab, Haryana və Racastanda davam edəcəyi gözlənilir. Meteoroloqlar həmçinin qeyd ediblər ki, bazar ertəsi və çərşənbə günü arasında Hindistanın şimal-qərbində və mərkəzi hissəsində tufan və dolu ilə daha çox yağış yağacağı ehtimalı var.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay