Dünya
07.01.2024 / 20:27
İraq neft məhsullarının idxalını tamamilə dayandırmağı planlaşdırır
39952
İraq 2024-cü ildə neft məhsullarının idxalını dayandırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti- yə İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Assem Cihad bildirib.
Cihad deyib ki, 2024-cü ildə ölkə daha çox yerli istehsala arxalanacaq və bir sıra neft emalı zavodlarında istehsala başlandıqdan sonra neft məhsullarının idxalı tamamilə dayanana qədər onların səviyyəsində azalma olacaq.
İraq hazırda daxili bazar çatışmazlığını doldurmaq üçün neft məhsulları, o cümlədən təkmilləşdirilmiş benzin idxal edir. İraq dünyanın üçüncü ən böyük sübut edilmiş karbohidrogen ehtiyatlarına malikdir. Dünyada ikinci ən böyük təsdiqlənmiş neft ehtiyatları ilə (112 milyard barel) dünyanın aparıcı neft dövlətlərindən biridir.
Nicat
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay