Xəbər
07.01.2024 / 13:19
Kişi və qadın salonlarında qiymətlər - ARTDI - VİDEO
39947
Gözəllik salonlarında qiymətlər xeyli artıb.
Valyuta.az xəbər verir ki, salonlar yeni ilə yeni qiymətlərlə başlayıb. Bir müddət əvvəl 10 -15 manata olan saç kəsimi hazırda 20-25 manata edilir. Qiymət artımı bütün xidmətlərə şamil olunur. Salon işçiləri artıma səbəb kimi istifadə edilən məhsul və ləvazimatların bahalaşmasını göstərirlər.
Qiymət artımı təkcə xanımlara təsir etməyəcək. Kişi salonlarındakı xidmətlərdə də bahalaşma var.
Salon işçilərinin sözlərinə görə, qiymətlərin qalxması müştərilərin haqlı narazlığına və azalmasına səbəb olub. (Xezerxeber.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay