BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
39905

Xəzər dənizindəki "Abşeron" yatağının tammiqyaslı işlənilməsinə dair yekun investisiya qərarı 2024-cü ilin sonunadək qəbul edilə bilər.

Trend bu barədə məlumatlı mənbəyə istinadən xəbər verir.

Mənbənin məlumatına əsasən, SOCAR, "TotalEnergies" və "ADNOC" gələn il yekun investisiya qərarına nail olmaq məqsədilə intensiv konsultasiyalar keçiriblər.

"Yekun investisiya qərarı 2024-cü ilin sonunadək yekun investisiya qərarı olarsa, "Abşeron" yatağının tammiqyaslı işlənilməsi nəticəsində ilk qaz 2028-ci ildə əldə oluna bilər", - mənbə qeyd edib.

Onun sözlərinə görə, "Abşeron" yatağında tammiqyaslı hasilat ildə 5-6 milyard kubmetr qazın çıxarılmasını nəzərdə tutur.

"Tammiqyaslı işləmələr üzrə konsultasiyalar təkcə müddətlərlə deyil, həm də qaz bazarları ilə bağlıdır", - deyə mənbə bildirib.

O, "Abşeron" yatağının 2024-cü ildə 1-ci mənimsəmə fazası üzrə ildə1,5 milyard kubmetr qaz olmaqla hasilatın pik həddinə çatmağı planlaşdırdığını qeyd edib.

Qeyd edək ki, "Abşeron" yatağında 1-ci faza üzrə qaz hasilatı 10 iyul 2023-cü ildə başlayıb və bu il yataqdan 700 milyon kubmetrdən çox qaz əldə etmək olar.

"Abşeron" yatağı Bakı şəhərindən 100 km məsafədə, Xəzər dənizinin Azərbaycan sektorunda 500 metr dərinlikdə yerləşir.

İlkin qiymətləndirməyə görə, yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 100 milyon ton kondensat təşkil edir.

"Abşeron" layihəsinin iştirakçıları SOCAR (35 faiz), "TotalEnergies" (35 faiz) və "ADNOC" (30 faiz) şirkətləridir.
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Əlillik üçün müalicə müddəti gözlənilmədən göndərişləri rəsmiləşdirilən bir sıra xəstəliklərin adı bəlli olub

Nasaz nəqliyyat vasitələrinin sahiblərinin NƏZƏRİNƏ: Sabahdan etibarən cərimələnə bilərsiniz

ABŞ yeni tariflərlə Çinə ticarət təzyiqini artıracaq

Mərkəzi Bank keyfiyyətsiz xidmət göstərən sığorta şirkətlərini açıqlayıb - Xalq Sığorta yenə öndə

Nazir direktoru təqaüdə göndərdi

Nazir direktoru təqaüdə göndərdi

Avtomobilləri yay mövsümünə necə hazırlamaq lazımdır? - VİDEO

Laçın Hava Limanında tikinti işlərinin 65 %-i tamamlanıb

Bərdə-Ağdam və Horadiz-Ağbənd dəmir yolu xətlərində görülən işlərin vəziyyəti açıqlanıb

AK İspaniyanı "Huawei"yə qarşı məhdudiyyətləri sərtləşdirməyə çağırır

Kənd təsərrüfatı məhsullarının qiyməti niyə ucuzlaşmır? (AÇIQLAMA)

İş adamı Dövlət Gömrük Komitəsini məhkəməyə verdi

Qeyri-sabit, yağıntılı hava şəraiti mayın 18-dək davam edəcək

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir, adı dəyişdirilir

Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası yenidən təşkil edilir, adı dəyişdirilir

Azərbaycan və İtaliya biznes dairələri arasında görüş keçirilib

Aqrar sığorta fəaliyyəti üzrə sertifikat imtahanına qeydiyyat aparılır

Mart ayında Türkiyədən 10 milyard dollar çıxarılıb

Seymur Mövlayev Balakəndə vətəndaşları qəbul etdi, təsərrüfatlara baş çəkdi

“Ən qısa zamanda İğdır-Naxçıvan qaz kəməri istifadəyə veriləcək”

Nazirin müşaviri vəzifəsindən azad olundu

Bu il Avropa İttifaqı Ukraynaya nə qədər pul verəcək?

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ziyan vurub? – AÇIQLAMA

Havaların qeyri-sabit keçməsi kənd təsərrüfatına ziyan vurub? – AÇIQLAMA

Azərbaycanda gənclər arasında işsizlik dinamikası təhlil ediləcək

Bloger və influenserlərə xəbərdarlıq edildi - Cərimə olunacaqlar

Valyuta hərracında dollara tələb 100 mln. dolları ötüb

Azərbaycanda sürücülərin ən çox yol verdiyi qayda pozuntuları - Ekspert açıqladı

Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ®

Azərbaycan iqtisadiyyatı 4% böyüyüb

Sabah hava necə olacaq?

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin