Dünya
05.01.2024 / 15:05
Paytaxt meri hökuməti məhkəməyə verdi
39872
Kişinyov şəhərinin meri İon Ceban Moldova paytaxtına və vətəndaşlarına maliyyə təzyiqləri səbəbindən Moldova hökumətini məhkəməyə verib.
Valyutaz xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkədə yazıb.
"Kişinov sakinləri dövlət büdcəsinə 23 milyard ley (təxminən 1,3 milyard dollar) verirlər və bunun müqabilində biz qəpik-quruş alırıq. Paytaxt sakinləri dövlət büdcəsinin aktiv ödəyiciləridir, Kişinyov sakinlərinə haqqını verin", deyə Ceban bildirib.
O, Moldovada hakim Fəaliyyət və Həmrəylik Partiyasının (PAS) deputatlarını Kişinyovda sosial sektor, təhsil və infrastrukturun maliyyə dəstəyinə yönəlmiş büdcəyə düzəlişlər etmək təşəbbüslərini əngəlləməkdə ittiham edib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay