BAKU Azərbaycan
7.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
39793

Rusiya vətəndaşlığı və ya yaşayış icazəsi almış şəxslər bu ölkəyə köçdükdən bir il sonra xarici sürücülük vəsiqəsi ilə avtomobil idarə edə bilməyəcəklər.

Ölkə qanunvericiliyinə edilən dəyişikliyə əsasən onlar Rusiya sürücülük vəsiqəsi almaq üçün yenidən imtahan verməli olacaqlar.

2024-cü il aprelin 1-dən qüvvəyə minən qanuna əsasən, əcnəbilərin Rusiyada yaşamaq icazəsi və ya Rusiya vətəndaşlığını aldığı tarixdən bir il sonra xarici və beynəlxalq sürücülük vəsiqələri etibarsız hesab ediləcək. Tələb, xaricdə uzun müddət qaldıqları müddətdə sürücülük vəsiqələri əldə edən rusiyalılara da şamil edilir. Rusiyalılar sənədlərini ölkəyə ilk daxil olduqları tarixdən bir il sonra dəyişdirməli olacaqlar.

İstisnalar Belarusda verilmiş sürücülük vəsiqələri və Rusiya Federasiyasında yaşamaq icazəsi almış Belarus vətəndaşlarına olacaq.

Diplomatik nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri də təlim keçmədən, imtahan vermədən və nəqliyyat vasitəsini idarə etməyə əks göstərişlərin olmaması barədə tibbi arayış təqdim edərək xarici sürücülük vəsiqəsi əsasında sürücülük vəsiqəsi ala biləcəklər.

Avtomobil sürücüsü Rusiyada etibarsız vəsiqə ilə avtomobil idarə edərsə, onu cərimə (15 min rubla qədər) və lisenziyası bərpa olunana qədər sürücülük hüququndan məhrum etmə gözləyir.

Ən populyar kateqoriyalar üzrə xarici sürücülük vəsiqələrə əsaslanan Rusiya sürücülük vəsiqələri (M – mopedlər, skuterlər, yüngül kvadrosikllər, A – motosikletlər, B – minik avtomobilləri və alt kateqoriyalar A1, B1 – yüngül motosikletlər, üç təkərlər və kvadrosikllər) nəzəri imtahandan uğurla keçdikdən sonra veriləcək.

Sürücülük məktəbinə getməyə ehtiyac yoxdur. Belə sürücülər həm də yol polisində praktiki imtahan verməyəcəklər. Lisenziya almaq üçün ilkin şərt avtomobil idarə etmək üçün əks göstərişlərin olmadığını təsdiq edən tibbi arayışın təqdim edilməsi olacaqdır.

Yük maşınları və avtobus sürücüləri (C, D, CE, DE kateqoriyaları) sürücülük məktəblərində tam təlim kursu keçməli və imtahanlardan keçməlidirlər. Açıq kateqoriya B və CE (qoşqulu yük maşını) olan sürücülər minik avtomobilində ən azı bir il sürücülük təcrübəsinə malik olmaq şərti ilə avtomatik olaraq BE kateqoriyasını (qoşqulu minik avtomobili) alacaqlar.

Qanuna əsasən, minik avtomobilində və ya yük avtomobilində azı bir il sürücülük təcrübəsi olmayan vətəndaşa D kateqoriyalı (avtobus) vəsiqəsinin verilməsi qadağan ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin