Şahmatçı ayaqqabısına görə 100 avro cərimələndi
Dünya Şahmat Federasiyası (FİDE) Niderlanddan olan Anna-Maya Kazaryanı ayaqqabısına görə cəzalandırıb.
Valyuta.az xəbər verir ki, dekabrın 26-da Özbəkistanın Səmərqənd şəhərində keçirilən sürətli və blits şahmat üzrə 2023-cü il Dünya Çempionatında baş verən insidentdə Kazaryan "Burberry" markalı idman ayaqqabısı ilə geyim qaydalarını pozduğuna görə 100 avro cərimələnib. İdmançı hadisənin ertəsi günü "New York Times" qəzetinə açıqlamasında FİDE-nin münasibətindən məyus olduğunu bildirib.
Kazaryan bildirib ki, qardaşının ona hədiyyə etdiyi ayaqqabı ilə oynadığı matçdan sonra hakimlərdən biri ondan ayaqqabısını dəyişməsini istəyib. 23 yaşlı idmançı qarşılaşmaların keçirildiyi yeri tərk edib otelə getməli olduğunu deyərək etiraz göstərəndə FİDE tərəfindən sarı vərəqə ilə xəbərdarlıq olunduğunu və ayaqqabılarını dəyişməyəcəyi təqdirdə növbəti yarışa buraxılmayacağını bildirib. Kazaryan FİDE-nin əməkdaşlarının onu maşına mindirərək tələsik otelə apardığını da deyib.
Ayaqqabısnı dəyişib matçların keçirildiyi zala qayıtdığını bildirən Kazaryan, bütün olayın onu əsəbiləşdirdiyini və yaşadığı stress səbəbindən qalan oyunlara diqqətini istədiyi kimi cəmləyə bilmədiyini söyləyib.
FİDE-nin geyim koduna əsasən, "sneaker" üslubunda ayaqqabılara icazə verilir. Lakin idman ayaqqabıları qadağandır. Digər tərəfdən, bu iki növ ayaqqabı arasındakı fərqlə bağlı qaydalarda heç bir təfərrüat yoxdur. FİDE rəsmisi Pavel Treqoubov qaydaların çaşdırıcı olduğunu və idmançının vəziyyətini başa düşə biləcəyini etiraf edib. Digər tərəfdən, Treqoubov turnirdə daha beş nəfərə idman ayaqqabısı geyindiyinə görə sarı vərəqə ilə xəbərdarlıq olunduğunu da vurğulayıb. Onun sözlərinə görə hər kəs ayaqqabısını dəyişdirsə də xəbərdarlığa yalnız Kazaryan etiraz edib.
FİDE-nin sosial media hesabında paylaşılan fotoda turnirə qatılan digər niderlandlı şahmatçı Aniş Qirinin ağ idman ayaqqabısı da reaksiyaya səbəb olub. Sosial şəbəkə istifadəçiləri Kazaryana xəbərdarlıq edildiyi halda Qirinin bu geyiminə necə icazə verildiyini sual altına alıb.
Elmir
One of the arbiters stopped me and asked me if I could change my shoes because they were “strange shoes” and considered “sports shoes”
— Anna-Maja Kazarian (@AMKazarian) December 27, 2023
It hurts to even walk in those and I definitely don’t want to use my Burberry sneakers for sports ? pic.twitter.com/5OD1CwlbBt
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay