“Turkcell” Ukraynadakı aktivlərini fransız sərmayəçiyə ötürmək qərarı verdi
Türkiyənin ən böyük mobil operatoru “Turkcell” üç Ukrayna şirkətindəki bütün aktivlərini Fransanın sərmayədar təşkilatı NJJ Capital-a ötürmək qərarına gəlib.
Valyuta.az Türkiyənin məlumatların ictimaiyyətə açıqlanması üzrə dövlət platformasının saytına istinadla xəbər verir ki, söhbət üç MMC-dən gedir - "Lifecell", "Global Bilgi" və "Ukrtower".
“Şirkətimizin direktorlar şurasının 20 dekabr 2023-cü il tarixli qərarı çərçivəsində 29 dekabr 2023-cü il tarixində törəmə şirkətlərimiz olan "Lifecell" MMC, "Global Bilgi" və "Ukrtower" MMC-nin səhmlərinin bütün hüquq və borcları ilə birlikdə "NJJ Capital"a verilməsi haqqında müqavilə imzalanıb. Sövdələşmə haqqında məlumat tam və vaxtında ictimaiyyətə çatdırılacaq”, deyə “Turkcell” platformanın saytındakı bildirişdə bildirib.
Qeyd olunur ki, aktivlərin faktiki transferi hələ həyata keçirilməyib və əməliyyatın dəyəri və onun yekun şərtləri ilə bağlı danışıqlar prosesinə başlanılıb.
Saytda “Turkcell”in bu şirkətlərdəki aktivlərinin 100%-ni köçürəcəyi bildirilir. "Lifecell"də türk şirkətinin hazırkı məzənnə ilə 334 milyon dollar, "Global Bilgi"də 1,2 milyon dollar, "Ukrtower"də 51,6 milyon dollar dəyərində səhmləri var.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay