Keçmiş işçisi "Facebook"dan dörd milyon dollar oğurlamaqda günahlandırılır
Atlantada yaşayan Barbara Farlov-Smayls "Facebook"dan dörd milyon dollardan çox pul oğurlamaqda təqsirli bilinib.
Valyuta.az xəbər verir ki, 2017-ci ilin yanvarından 2021-ci ilin sentyabrına qədər hazırda Meta kimi tanınan şirkətdə baş strateq və işçi resurs qrupları, müxtəlifliklə bağlı qlobal rəhbər kimi çalışıb. ABŞ-ın Corciya ştatının şimal bölgəsi üzrə prokuroru Rayan Buçanan sözügedən şəxsin şirkətin etibarından sui-istifadə edərək milyonlarla dolların mənimsədiyini bildirib.
CNN-in məlumatına görə, Farlov-Smaylsın "Facebook"un büdcəsindən Kaliforniya və Corciyada dəbdəbəli həyat sürmək üçün istifadə etdiyi üzə çıxıb. Buçananın bildirdiyinə görə Farlov-Smayls fırıldaqçılıq yolu ilə "Facebook"un vəsaitindən 18 000 dollarını çoxsaylı şəxsi xərcləri, o cümlədən saç stilistləri, uşaq baxıcıları və məktəbəqədər təhsil müəssisələrinin ödənişləri üçün istifadə edib. Ödənişləri alan dostlar, qohumlar və iş yoldaşları daha sonra pulun bir hissəsini Farlov-Smaylsa geri qaytarmalı idilər. Müstəntiqlər, günahlandırılan şəxsin bu satıcılara ödəmək üçün şişirdilmiş hesab-fakturalar yaratdığını və daha sonra həmin pulların bir hissəsini Farlov Smaylsa qaytardığını söyləyib.
Onun 2024-cü ildə martın 19-da cəzalandırılması planlaşdırılır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay