
Portuqaliya çempionatının ən dəyərliləri açıqlanıb
Portuqaliya çempionatının ən dəyərli klubları müəyyənləşib.
Valyuta.az xəbər verir ki, Portuqaliya çempionatı "Top-5"dən kənarda olsa da həmişə diqqət mərkəzindədir. Uzun müddət ərzində ilk dəfə olaraq ölkə birinciliyində bazar dəyəri 40 milyon avrodan çox olan altı futbolçu var. Hazırda onların dördü reytinqində ilk yerləri bölüşür.
Məşhur "transfermarkt" portalı tərəfindən Portuqaliya Liqasında çıxış edən 477 oyunçu yenidən qiymətləndirilib. Ən dəyərli oyunçular isə "Benfika"dan Joao Neves, "Sportinq"dən Viktor Qyökeres və Ousmane Diomandedir. "Benfika" və "Porto"nun dəyəri bir qədər aşağı düşüb. "Sportinq" isə dünya üzrə 300 milyon avro həddini aşan 36-cı klub olub.
“Sportinq”də işlərin yaxşı getməsi həm də 2023-cü ildə Portuqaliya standartlarına görə baha başa gələn transferlərlə bağlıdır. "Üçlük" əvvəl 45,5 milyon avro idisə, bu yeniləmədən sonra dəyəri 111 milyona yüksəlib.
Ayrı-ayrı futbolçulara gəlincə, transferindən sonra meydana çıxdığı 20 oyunda 25 qol vuran mərkəz hücumçusu Qyökeres 32 milyon avrodan 45 milyona, istedadlı müdafiəçi Diomande 25 milyondan 40 milyona, yarımmüdafiəçi Morten Hjulmand isə 26 milyona yüksəlib. Bazar dəyərinə görə, Qyökeres "Roma"nın hücumçusu Romelu Lukaku və "Tottenhem"in futbolçusu Riçarlisonu qabaqlayır.
"Sportinq"in heyətinin dəyəri 27,8 milyon avro artaraq 308 milyona yüksəlib. Bu o deməkdir ki, Lissabon təmsilçisi reytinqdə Portonu (286 milyon avro) geridə qoyub. "Benfika" (358 milyon avro) isə hələ də açıq-aşkar liderdir. Baxmayaraq ki, klubun dəyərində cüzi - 2,5 milyon avroya qədər azalma olub. "Benfika"nın ən dəyərli futbolçusu isə Nevesdir (45 milyon avro).
Bazar dəyərində ən çox itki ilə üzləşənlər arasında "Sportinq"dən Pedro Qonçalves (- 4 milyon avro) "Portu"dan Mehdi Taremi (- 6 milyon avro) və "Benfika"dan Anhel Di Mariyadır (- 3 milyon avro).
Portuqaliyada ən dəyərli futbolçuların siyahısı aşağıdakı kimidir:
Joao Neves ("Benfika") - 45 milyon avro
Viktor Qyökeres ("Sportinq") - 45 milyon avro
Dioqo Kosta ("Porto") - 45 milyon avro
Antonio Silva ("Benfika") - 45 milyon avro
Ousmane Diomonde ("Sportinq") - 40 milyon avro
Qonçalo İnasio ("Sportinq") - 40 milyon avro
Orkun Kökçü ("Benfika") - 30 milyon avro
Markus Edvards ("Sportinq") - 28 milyon avro
Pedro Qonçalves ("Sportinq") - 28 milyon avro
Morten Hyulmend ("Sportinq") - 26 milyon avro
Pepe ("Porto") - 25 milyon avro
Evanilson ("Porto") - 25 milyon avro
Anatoli Trubin ("Benfika") - 25 milyon avro
David Neres ("Benfika") - 25 milyon avro
Qaleno ("Porto") - 22 milyon avro
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay