Argentina yüksək inflyasiya üzündən dövriyyəyə yeni əskinaslar buraxır
Argentina prezidenti Xavyer Miley ölkədəki yüksək inflyasiya fonunda 20 və 50 min peso nominalında yeni əskinasların dövriyyəyə buraxıldığını açıqlayıb.
Valyuta.az xəbər verir ki, La Nación qəzetinə müsahibəsində o qeyd edib ki, əskinaslarla bağlı mövcud vəziyyət əsl işgəncədir, çünki nağd ödənişlər etmək üçün çoxlu sayda əskinas aparmaq lazımdır.
Hazırda Argentinada ən böyük əskinas 2 min peso nominalına malikdir ki, bu da iki kiloqramdan az şəkər və ya düyü almağa imkan verir. Halbuki iki min peso kafedə bir fincan kofe və bir çörək belə ödəməyə kifayət etmir.
Ölkədə vəziyyəti yaxşılaşdırmaq və nağd əməliyyatları asanlaşdırmaq üçün 20 min və 50 min peso nominalında yeni əskinaslar buraxılacaq. Hazırda ən çox yayılmış əskinaslar 500 və 1000 pesodur.
Javier Miley vurğulayıb ki, yeni əskinasların meydana çıxması yüksək inflyasiya fonunda qaçılmaz və aşkar addımdır. Noyabrda Argentinada inflyasiya 12,8% olub, 11 ayda isə 148%-i ötüb. Dekabrda inflyasiyanın 30%-i keçəcəyi gözlənilir, çünki hökumət gələn il və sonrakı illərdə inflyasiya rəqəmlərinə təsir edəcək böhranla mübarizə üçün sərt tədbirlər görüb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay