Fitch qlobal iqtisadi artımın yavaşlayacağını gözləyir
Beynəlxalq kredit reytinqi agentliyi Fitch Ratings qlobal iqtisadi artımın yavaşlayacağını gözləyir.
Valyuta.az xəbər verir ki, agentliyin açıqlamasıda, ABŞ-da sərt monetar siyasətin real iqtisadiyyata daha çox təsir edəcəyi, Çindəki daşınmaz əmlak böhranının istehlak və investisiyaya təzyiq göstərəcəyi və 2024-cü ildə qlobal iqtisadi artımın yavaşlayacağı vurğulanıb. Avropada iqtisadi artım yalnız cüzi dərəcədə yaxşılaşacaq.
Qeyd edilib ki, yüksək faiz dərəcələri ilə qlobal kreditlər üçün çətin mühit davam edəcək.
Fitch 2024-cü ilin ikinci rübündə ABŞ və Avro Bölgəsində pul siyasətinin dəyişəcəyini gözləyir.
Fitch açıqlamasında ABŞ, Avro Bölgəsi və Böyük Britaniyada faizlərin 2023-cü ilin 3-cü rübündən etibarən sabit saxlanıldığını və sərt pul siyasəti dövrünün yəqin ki, başa çatmaqda olduğu bildirilib.
Açıqlamada, ABŞ Federal Ehtiyat Sistemi (FED), Avropa Mərkəzi Bankı (ECB) və İngiltərə Bankının (BoE) növbəti addımlarının faiz endirimləri olacağı gözlənilsə də, faiz endirimlərinin daha yavaş olacağı bildirilib.
Kredit reytinqi agentliyinin açıqlamasına görə, 2024-cü ilin sonuna kimi siyasət faizlərinin hər üç iqtisadiyyatda 0,75 faizbəndi azalacağı gözlənilir.
© Marja
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay