"Bosch" Rusiyadakı fabrikləri Türkiyə şirkətinə satır
Məişət texnikası istehsal edən Almaniyanın "Bosch" konserni Rusiyadakı zavodlarını Türkiyənin "Can Holdinq" investisiya fonduna satmaq qərarına gəlib.
Valyuta.az xəbər verir ki, bu barədə “Kommersant” danışıqların gedişi ilə tanış olan mənbəsinə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, şirkətin Rusiya bölməsi artıq qalan məişət texnikasının satış menecerlərini işdən azad edib.
"Çin "Hisense" şirkəti türklər daha çox pul təklif etdiyi üçün danışıqlardan çıxdı", deyə mənbə bildirib.
Məişət texnikası istehsalçısı "Jacky's" şirkətinin təsisçisi Hüseyn İmanov bildirib ki, "Bosch" Sankt-Peterburq yaxınlığındakı Strelnadakı zavodlarının son birbaşa satışı mərhələsindədir. Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyaları səbəbindən fabriklərdə avadanlıqların istehsalı dayandırılıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay