BAKU Azərbaycan
8.03°C
  • USD
    1.7
  • EUR
    1.7813
  • RUB
    1.6139
  • TRY
    0.0491
  • GBP
    2.1373
38866

Türkiyə ixracatçıları Avropada üzləşdikləri itkilərə görə məhsullarını xaricə tədarük etmək haqqında “B planı” hazırlayır. 

Valyuta.az xəbər verir ki, prioritetin Rusiya, Orta Asiya və Yaxın Şərq ölkələrinə verilməsi planlaşdırılır.

Nəşr qeyd edir ki, Avropa Türkiyə üçün əsas bazar olaraq qalır və onun ixracının təxminən 45%-ni təşkil edir, lakin qlobal və regional səbəblərdən qaynaqlanan qitədə iqtisadi tənəzzül son vaxtlar türk hazır geyim, tikiş və tekstil sənayesi istehsalçılarına 10%-dən çox itki yaşadıb. Qəzet ölkənin işgüzar dairələrinin nümayəndələrinin fikrinə əsasən yazır ki, Türkiyə 2028-ci ilə qədər əsas mal və xidmət bazarı kimi Avropa ölkələrinə ixrac planlarını hazırlayarkən, digər sahələrdə də səylərini gücləndirir.

“Avropa Türkiyə ixracatında strateji yerini qoruyacaq və onun əsas bazarı olaraq qalacaq. Ortamüddətli perspektivdə biz ABŞ-a ixracımızı iki dəfə artıra bilərik ki, bu da hazırda ildə 14 milyard dollardır. Körfəz ölkələrinin də bizim ixracımız üçün böyük potensialı var. İxracımızda həm coğrafi yaxınlıq, həm də mövcud ticarət əlaqələri baxımından İraq, Rusiya və Türk respublikaları da fərqlənir. İraq və Rusiya ən çox mal ixrac etdiyimiz on ölkə arasındadır”, - Türkiyə İxracatçılar Birliyinin rəhbəri Mustafa Gültəpə nəşrə bildirib.

“Əsas bazarımız olan Aİ ölkələrinə hazır geyim ixracı 70%-dən 59%-ə düşüb. Biz Rusiya, Yaxın Şərq və Körfəz ölkələrinə tədarük etməklə AB bazarında tələb çatışmazlığından yaranan boşluğu doldurmağa yönəlmişik. Xüsusilə, 2024-cü ildə Rusiyaya ixracın artacağını gözləyirik”, - deyə Türkiyə Hazır Məhsul İstehsalçıları Birliyinin İdarə Heyətinin sədri Ramazan Kaya bildirib.

"Rusiya bizim üçün perspektivli ayaqqabı ixracat bazarıdır", - sənaye birliyinin rəhbəri Berke İçten deyib. Eyni zamanda o, bu il türk ayaqqabılarının ən çox tədarük edildiyi ilk beş ölkəyə daxil olan qonşu İraqa tədarükün artmasına diqqət çəkib. Ümumiyyətlə, o, hər il 550 milyon cüt ayaqqabı istehsal edən Türkiyə üçün də Avropa bazarını əsas bazar hesab edir, lakin Aİ ölkələrindəki iqtisadi vəziyyətin ixrac planlarına düzəlişlər etməyə məcbur etdiyini qeyd edir.

2023-cü ilin sonuna qədər Türkiyə 265 dollar, 2028-ci ilə qədər isə 400 milyard dollar dəyərində məhsul ixrac etməyi planlaşdırır. Türkiyənin ixrac etdiyi ənənəvi mallar hazır geyim, tekstil, avtomobil, metal, maşın və avadanlıqlar, qida və kimya məhsullarıdır.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

İstanbulda taksilərin rəngi dəyişir (FOTO)

"Uğurlu" MMC cərimələnə bilər

Rusiyada kriptovalyutalar üçün yeni qanun layihəsini təsdiqləndi

"Zafar Stone" ilə "Prefabrik" arasında nə baş verib?

Mərkəzi Bank şirkəti inzibati məsuliyyətə cəlb edib

"Heineken" Fars Körfəzi regionunda ilk pivə zavodunu tikəcək

"Mara Holdings" kriptovalyuta ehtiyatlarını 34,794 BTC-ə çatdırdı

Səhiyyə Nazirliyi "Auto Azərbaycan"dan 258 minlik avtomobil alır

"Ulu Göyçə" gömrük qaydalarını pozdu

"İlham-M" məhkəmə qarşısında

Trampın Avropa üçün tarifləri artırması ən çox Britaniyaya ziyan vuracaq

ABŞ-də səhv diaqnoz qoyan klinikaya 412 milyon dollar cəza

Gəncədə protez-ortez və ortopedik ayaqqabı sexi qurulacaq - 1,9 milyonluq layihə

"Coca-Cola Azərbaycan" bu şirkəti məhkəməyə verdi

Trampın siyasəti səbəbindən yuan rekord səviyyədə dəyərdən düşəcək - CNBC

Alış-veriş çılğınlığı: "Qara cümə" termini harada və necə yaranıb?

Strateji əhəmiyyətli malların Siyahısına dəyişiklik edildi

607 min manat vergi borcu olan şirkət "qara siyahı"ya salındı

Xaricə elektrik enerjisi satışından gəlirlərimiz 250 milyon dollardan çox azalıb - Rəqəmlər

Sabah bu ərazidə qaz olmayacaq

Azərbaycan xaricə 45 min manata kombayn satıb, 340 minə alıb

Xəzər dənizində zəlzələ olub

4 gündür qəza olub, ekspert qiymətləndirməyə gəlmir - “Atəşgah Sığorta”dan şikayət var

“Kiçik Mərdəkan qəsri” bərpa olunur - 700 min manat ayrıldı

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Hündürmərtəbəli binalarda alternativ enerji mənbələrindən necə istifadə etmək olar?

Türkiyəyə şəxsi avtomobillə kimlər gedə bilərlər?

“Baku Bus” Bərdə, Mingəçevir, Tərtər, Zaqatala və "Sınıq Körpü"yə sərnişin daşımağa başlayır

FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu

Asiya İnkişaf Bankına yeni prezident seçilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin