BAKU Azərbaycan
11.03°C
  • USD
    1.7
  • EUR
    1.7711
  • RUB
    1.629
  • TRY
    0.0492
  • GBP
    2.1302
38626

Bu ilin III rübündə Azərbaycanda 13 bankın aktivləri artdığı halda 11 bankda (Ləğv prosesində olan “Muğan Bank” daxil olmaqla) azalma müşahidə edilib.  

Valyuta.az xəbər verir ki, üç iri bank - “Kapital Bank” (515 mln. AZN), “Bank Respublika” (159 mln. AZN) və “XalqBank” (114,4 mln. AZN) 3-cü rübdə aktivlərini 100 milyon manatdan çox artırıb. Müvafiq olaraq sözügedən bankların aktivləri 8,46 mlrd. manat, 1,9 mlrd. manat və 3 mlrd. manat təşkil edib. İlk beşlikdə yer alan “AccessBank” 2023-cü ilin II rübü ilə müqayisədə III rübdə aktivləri 76,9 milyon manat artaraq 1,4 mlrd. manata, “Yelo Bank”da isə 65,2 milyon manat artaraq 912,1 milyon  manata çatıb. 

Son 3 ayda ən çox kiçilən bank isə ABB olub. Bankın aktivləri 315 milyon manat azalaraq 11,8 mlrd. manatdan 11,43 mlrd. manata enib. Qeyd edək ki, hazırda Azərbaycanda fəaliyyət göstərən 5 bankın aktivləri 315 milyon manatdan azdır. 

Son dövrlər əsas iri korporativ bank olan “PAŞA Bank”ın göstəricilərində azalma müşahidə edilir. Bu bankın aktivlərində də özünü göstərir. Belə ki, bu ilin 3-cü rübündə bankın aktivləri 143,6 milyon manat kiçilərək 8,23 mlrd. manata enib. 

Yenicə lisenziyası ləğv edilən “Muğan Bank” son hesabatına əsasən 74 milyon manat, “Premium Bank” 59,4 milyon manat, “Unibank” 32,7 milyon manat kiçilib. Digər 5 bankın aktivlərində azalma 5 milyon manatdan az olub.

Leyli

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Mingəçevir su anbarında ZƏLZƏLƏ OLDU

Konsultasiya şirkətləri biznesə necə dəstək olur?

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Azərbaycan bu ölkəyə əncirin bir kiloqramını 34 manata satır - Cədvəl

Yüksək dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Milli Məclisdə yeni təyinat

Taksi qiymətləri yenidən dəyişdi (VİDEO)

35 şirkətin rəhbəri həbs olundu: Bir neçə vəzifəli şəxsin qanunsuz əməlləri ifşa edildi

Vasif Talıbovun oğlunun rəhbərlik etdiyi federasiya fəaliyyətini dayandırdı

Rusiyadan "Telegram"a 7 milyon rubl cərimə

Rubl və avro bahalaşdı - Məzənnə

Neftimizin qiyməti 2 dollara yaxın ucuzlaşıb

Pulsuz tibbi xidmətlərin sayı artırılır - RƏSMİ

Süni intellekt əsəb və stresi azalda bilərmi? - Araşdırma - SƏHƏR OXUSU

Tehran və Moskvanın dollarla vidalaşması

2025-ci ildə dolları nə gözləyir?

Almaniya üzərində "buludlar qalınlaşır": Trampın siyasəti ixracatçıları vuracaq

Eurostat: Rusiyanın Aİ-yə LNG idxalının dəyəri üç il ərzində 150% artıb

Ali Məhkəmə qərar verdi: Malayziya DİN "Swatch Pride "saatlarını qanunsuz müsadirə edib

"UniCredit"dən İtalyan rəqibinə 10 milyardlıq təklif

Vitraj "Tiffany" pəncərəsi hərracda rekord qiymətə satıldı

B.Britaniyadan Rusiyanın şirkət və tankerlərinə sanksiyalar - Detallar

DGK deputata məxsus olduğu deyilən şirkəti inzibati məsuliyyətə cəlb edib

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

"MicroStrategy"nin "Bitcoin" ehtiyatı 21 milyard $-ı ötdü

İstanbulda 70 kilo qızılla tutulan hərbi attaşe barəsində - Qərar

"Macy's"in III rüb hesabatı gecikdi: 154 milyon dollarlıq yeyinti

"Avropa 19 Group" Bakı Baş Gömrük İdarəsini məhkəməyə verdi

"Nvidia"dan daha bir yenilik - "Fugatto"

"Az Varvara" məhkəmə qarşısında

Trampın nəhəng enerji layihələri - "The Reuters"

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin