BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7893
  • RUB
    1.6487
  • TRY
    0.0488
  • GBP
    2.1705
58781

Böyük dil modelləri (LLM), süni intellekt sahəsində ən vacib elementlərdən biri olaraq qəbul edilir. Valyuta.Az 2024-cü ildə iş dünyasında və gündəlik həyatda geniş təsir gücünə malik olan bu modellərdən bəzilərini və onların müxtəlif sahələrdə necə fərqləndiyini təqdim edir. Ehtiyaclarınıza ən uyğun olanını tapmağınız üçün nəzərdə tutulmuş bu təlimatı nəzərdən keçirin.

Böyük dil modelləri nədir və necə işləyir?

Böyük dil modelləri (LLM), insan dilini anlama və istehsal etmə bacarığına malik süni intellekt modelləridir. Geniş məlumat dəstləri üzərində təlim keçərək dilin mürəkkəb quruluşunu öyrənir və proqnozlar verir. Bu modellər mətn istehsalı, tərcümə, məzmun moderasiyası və məlumat təhlili kimi müxtəlif sahələrdə istifadə edilir. Xüsusilə açıq mənbəli modellər istifadəçilərə fərdi ehtiyaclarına uyğun olaraq modelləri tənzimləmə imkanı yaradır.

Açıq mənbəli LLM-lərin artması: hər kəs üçün əlçatan süni intellekt

Açıq mənbəli LLM-lər istifadəçilərə bu modelləri yükləyib öz məlumatları ilə təlim keçirməyə və onları fərdiləşdirməyə imkan verir. Məsələn, Meta-nın Llama modeli və ya Mistral kimi açıq mənbəli modellər istifadəçilərə daha çox elastiklik təmin edir və həm ticari, həm də fərdi istifadəyə uyğunlaşır.

Günlük həyatda LLM-lər hansı sahələrdə öndədir?

Çoxməqsədli chatbotlar, müştəri xidmətləri, məzmun istehsalı, mətn analizi kimi sahələrdə istifadə olunan LLM-lər tərcümə, dil düzəltmə və mətn redaktəsi kimi əməliyyatlar üçün də ideal seçimdir. LLM-lərin müxtəlif sahələrdə istifadə imkanları hər gün genişlənir və çoxmodal məlumat işləmə bacarıqları sayəsində daha spesifik və effektiv həllər təqdim edir.

2024-cü ildə öndə olan böyük dil modelləri

1. GPT və GPT-4 seriyası (OpenAI)

   OpenAI-nın GPT seriyası 2024-cü ildə də süni intellekt dünyasında liderliyini qoruyur. GPT-4 və GPT-4-Turbo modelləri mətnlə məhdudlaşmayaraq həm vizual, həm də səsli məzmun işləyə bilir. Şirkətin yeni GPT-4o modeli simulyativ tərcümə və videolar üzərində riyaziyyat suallarını həll etmək kimi funksiyaları yerinə yetirir. Bu model performans göstəricilərində Google-un Gemini 1.5 Flash və Anthropic-in Haiku modellərini üstələyir.

2. Gemini seriyası (Google)

   Google-un Gemini modeli güclü chatbot performansı və axtarış optimizasiyası ilə seçilir. 2024-cü ildə yenilənən bu model mətn və vizual məlumatları eyni anda işləyə bilir və Google Asistant inteqrasiyası ilə müxtəlif sektorlarda geniş tətbiq olunur. Gemini-nin yeni səsli söhbət rejimi olan "Gemini Live" Türk dili də daxil olmaqla geniş dil dəstəyi təklif edir.

3. Claude seriyası (Anthropic)

   Anthropic-in Claude seriyası süni intellekt təhlükəsizliyi və etik məsələlərə üstünlük verən bir yanaşma təqdim edir. Bu model məlumatların təhlükəsizliyi və etik prinsiplərə uyğun olması ilə böyük şirkətlərin müştəri xidmətləri sahəsində geniş istifadə olunur. Claude 3.5 Sonnet modeli, yüksək performans və genişlənə bilən həllər təklif edərək korporativ sahələrdə effektiv bir seçimdir.

4. Llama seriyası (Meta)

   Meta-nın Llama seriyası açıq mənbəli olması ilə tədqiqat və inkişaf layihələrində populyarlıq qazanmışdır. Gəliştiricilərə elastiklik təqdim edən bu model xüsusilə akademik araşdırmalar və məlumat xarakterli elmi layihələr üçün əlverişli bir həll təqdim edir. Llama 3 modeli müəyyən testlərdə Gemini, Mistral 7B və Claude 3 kimi modelləri üstələyərək geniş imkanlar yaradır.

5. Command (Cohere)

   Cohere-in Command modeli mətn əsaslı tapşırıqlarda sürət və dəqiqliyi ilə önə çıxır. API inteqrasiyası ilə tətbiq və iş proseslərinə asanlıqla daxil edilən bu model müştəri qarşılıqlı təsirləri, məzmun yaradılması və mətn analizi kimi tapşırıqlarda yüksək məhsuldarlıq təmin edir.

6. Falcon (Technology Innovation Institute)

   Falcon, açıq mənbəli strukturu ilə xüsusilə tədqiqat layihələrində istifadə olunur. 2024-cü ildə aparılan yeniləmələrlə daha çox parametr və təlim qatları əlavə edilərək modelin dəqiqliyi artırılmışdır. Falcon, böyük məlumat dəstləri üzərində yenidən təlim keçməyə imkan verərək daha fərdiləşdirilmiş təhlillər aparmağa şərait yaradır.

Uyğun modelləri seçmək

Əgər ümumi məqsədli bir modelə ehtiyacınız varsa, OpenAI-nın GPT modelləri müştəri xidməti, məzmun istehsalı və məlumat təhlili kimi geniş tətbiqlər üçün ideal seçimdir. Təhlükəsizlik və etik dəyərlərə üstünlük verirsinizsə, Claude modelini seçməyiniz tövsiyə olunur.

Böyük dil modellərinin gələcəyi

2024-cü il dil modelləri üçün böyük irəliləyişlərin yaşandığı bir dövr kimi xarakterizə edilir. Xüsusilə çoxmodal modellərin yüksəlişi daha geniş və istifadəçi dostu həllər təklif edir. Cihaz üzərində işləyə bilən kiçik dil modellərinin artması daha sürətli cavab müddətləri və yüksək gizlilik təklif edir. Bu modellər məlumatların lokal olaraq işlənməsi ilə gizlilik narahatlıqlarını minimuma endirir və süni intellekt tətbiqlərinin gündəlik həyatda daha asan istifadəsini təmin edir.

Aydın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neftin qiyməti 200 dollar ola bilər... - Əsas şərt açıqlandı

DGK "Ayan" şirkətini inzibati məsuliyyətə cəlb etdi

Nazirlik Mehdiyevlərə məxsus şirkətlə 2,2 milyonluq müqavilə imzaladı

"Google" yeni süni intellekt modelini təqdim edib

"Dünya Qızıl Şurası"nın 2025-ci il üçün qiymət proqnozları

Türkiyə qlobal kripto birjasına girişi məhdudlaşdırdı

Bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dünyanın ən zəngin insanları - "Forbes"

Dünyanın ən zəngin insanları - "Forbes"

Keçmiş işçisi "Piramida Tunel İnşaat"ı məhkəməyə verdi

"Korean Air" "Asiana Airlines" şirkətini alaraq öz filialına çevirib

Bu il kripto birjasına nə qədər vəsait yatırılıb? - "Binance" CEO-su açıqladı

Avropa İttifaqı sanksiyalardan 1,5 trilyon avro itirib

FHN nazirə məxsus olduğu deyilən şirkətə daha bir tender verdi

Avropa İttifaqının Rusiyaya XV sanksiya paketi - "Kölgə donanması"

Türk lirəsi dollar qarşısında rekord səviyyədə ucuzlaşıb

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

Bir həftədə 92% artım: Trampın "TROG" sərmayəsi (FOTO)

“Time” jurnalı Trampı “İlin adamı” elan edib

İstanbulda bir ay yaşamaq neçəyə başa gəlir? - MƏBLƏĞ

"Saxta diplomların qarşısını almaq üçün sertifikasiya imtahanı ləğv edilməlidir" - Adil Qeybulla

Bu gün banklara 70 milyon dollar satılıb

"Rosneft" və "Reliance" ən böyük neft müqaviləsini imzaladı - İldə 13 milyard dollar...

Yaxın günlərdə Balakən qatarları fəaliyyətə başlayacaq

Xarici ticarətdə müsbət saldo son iki ildə kəskin azalıb - Rəqəmlər

Hava kəskin dəyişəcək, temperatur 5-10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ

Sabah Xocalının Ballıca kəndinə ilk köç olacaq

Son bir ayda əhali ərzağa 2,8 milyard manat xərcləyib

Özəl sektorda çalışanlar dövlət sektorundan çoxdur - Rəsmi

Daha 467 sahibkar cərimələndi

İqtisadi Zonaların İnkişafı Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin