Ekspert
12.12.2023 / 21:21
Yollardakı sıxlıq əhalini şəhər mərkəzinə köçməyə sövq edir
38519
“Əvvəlki illərdən fərqli olaraq insanların şəhərdən kənara axın etməsi, yəni şəəhər kənarından ev alması indi ehtimal edilmir”.
Bunu Valyuta.az-a açıqlamasında əmlak eksperti Nüsrət İbrahimov deyib. Ekspert hazırda insanların iş yerinə yaxın ərazilərdən ev almaq istədiklərini vurğulayıb:
“İnsanlar nəqliyyat vasitələrində zaman keçirmək istəmir. Şəhərdə saat 6-da işdən çıxan Xırdalandakı mənzilinə çatanda axşam saat 9 olur. 3 saat vaxt nəqliyyatda gedir. Bu səbəbdən insanların şəhərdəki evlərə marağı artır”.
Ekspert son illər şəhərin mərkəzində istifadəyə verilən hündürmərtəbəli binaların da sayının artdığını bildirib:
“Bu səbəbdən də hündürmərtəbəli binalarda mənzillərin qiymətinin enməsi ilə bağlı deyilənlər həqiqəti əks etdirmir”.
Aylin
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay