Tenderlər
11.12.2023 / 18:35
Kəlbəcər və Laçında 3 milyonluq söküntü – 3 kənd yenidən salınır
38402
Kəlbəcər rayonunun Zallar və Zar kəndi, həmçinin Laçın rayonunun Güləbird kəndi yenidən salınır.
Valyuta.az xəbər verir ki, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu bu kəndlərin yenidən salınması üçün mövcud dağılmış, sökülmüş yaşayış binalarının və digər tikililərin söküntü işlərinin satın alınması ilə bağlı elan etdiyi tenderlərə yekun vurub.
Tenderlərin qalibi “Amazone” MMC və “Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyəti (ASC) seçilib.
Söküntü işləri Fonda toplam olaraq 2 725 831,54 AZN-ə başa gələcək.
Məlumat üçün deyək ki, Zallar kəndi 487 ailə, Zar kəndi 855 ailə, Güləbird kəndi isə 581 ailə üçün nəzərdə tutulub.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay