BAKU Azərbaycan
24.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8238
  • 1 Rusiya rublu
    0.0183
  • 1 Türkiyə lirəsi
    0.0523
  • 1 İngiltərə funt sterlinqi
    2.1322
38324

Cəlilabad rayonunun Günəşli kəndinin örüş sahələrinə aparılan heyvanlar yoxa çıxır. Ona görə də kənd sakinləri bu vəziyyətdən narahatdırlar.

Sözügedən kənddə ayrı-ayrı şəxslərə məxsus altı baş iribuynuzlu mal-qaranın oğurlandığı iddia olunur.

Kənd sakinləri deyirlər ki, otlaq sahələrindən itən heyvanlarını axtarsalar da, onları tapa bilməyiblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupundan "Xəzər Xəbər”ə bildirilib ki, Cəlilabad rayon sakinləri Vüsal Hüseyinov və İbrahim Quliyev polisə məlumat verərək hər birinə aid iki baş iribuynuzlu heyvanın örüş sahəsindən itdiyini bildirib.

Hər iki faktla bağlı Cəlilabad Rayon Polis Şöbəsində araşdırma aparılıb, heyvanların tapılması istiamətində müvafiq axtarış tədbirləri görülsə də, müsbət nəticə əldə olunmayıb.

Həmçinin araşdırma nəticəsində heyvanların Günəşli kəndi ərazisindəki örüş sahəsində nəzarətsiz qaldığından naməlum istiqamətə gedərək itdiyi müəyyən edilib.

Toplanmış materiallarda cinayət hadisəsi olmadığından hər iki material üzrə cinayət işinin başlanması rədd edilib və bu barədə qərarın sürəti hər iki vətəndaşa göndərilib.

Fərid Şabanlı isə dekabrın 4-də polisə məlumat verərək müraciətdən iki gün əvvəl örüş sahəsindən iki baş inəyinin itdiyini bildirib. Hazırda həmin müraciətlə bağlı polis şöbəsində araşdırma aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Neft Fondunun səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb

Xaricdən quş ətini neçəyə alırıq?

“Küçələrdə qalmışam “Yeni Ailə” MMC tikinti şirkəti kupçanı da, 9 aydır kirayə pulumu da vermir...” - ŞİKAYƏT

Üç ayda xaricdən 100 milyon dollarlıq meyvə-tərəvəz almışıq

14 illik deputat 9 milyonluq borcunu niyə ödəmir? (FOTO)

Yapon valyutası son 34 ilin ən aşağı səviyyəsinə düşdü

Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq

Mərkəzi Bank ABB-yə məxsus investisiya şirkətini cərimələyib

Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO

Gürcüstandan ölkəmizə gətirilən avtomobillərin sayının kəskin azalması nə ilə bağlıdır?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

İrandan daxil olan həyəcan siqnalı: Bu, Azərbaycan üzərindən tranzit yük daşımalarına necə təsir edəcək?

Peşə seçən zaman nələrə diqqət etmək lazımdır?

Türkiyə şirkəti Ağdam Sənaye Parkında rezident olacaq

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

“Tərəqqi” medalı ilə təltif edilən xeyriyyə fondunun prezidenti  – Müsahibə

Evlərin bahalaşması ipoteka krediti ilə mənzil almaq istəyənlərə çətinlik yaradır - SORĞU + VİDEO

Bitcoin və Etherium ucuzlaşır - Kriptovalyutaların qiymətləri

Birjalarda son durum necədir?

Birjalarda son durum necədir?

Rubl ucuzlaşsa da, avro və lirə bahalaşdı -Məzənnə

Avtomobilin qəza işıq siqnallarından yersiz istifadə edən sürücülərin DİQQƏTİNƏ: Cərimələnə bilərsiniz - VİDEO

“McLaren”in nadir avtomobillərindən biri satışa çıxarılıb - FOTO

“Apple” telefonlarda süni intellekt tətbiq etmək niyyətindədir

Qızıl bu tarixə kimi kəskin bahalaşacaq

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTO

Türkiyə bu yolla böhrandan qaçmağı bacardı - Detallar

İrpen ilə bu şəhərimiz qardaşlaşacaq

“Mercedes”in dizel ilə əlaqədar işinə xitam verilib

ABŞ-də Azərbaycana investisiya imkanları müzakirə edilib

Azərbaycan Ukraynada daha 4 mülki obyekti bərpa edəcək

20-dən çox “Made in Azerbaijan” brendi Rusiyada təqdim olunub

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin