Tenderlər
08.12.2023 / 18:02
8 gündə 5 tender qazanan şirkət Xızıda abadlıq işləri aparacaq - "Proqress İnşaat EN" kimindir?
38257
Xızı Rayon İcra Hakimiyyəti Xızı rayonunda abadlıq işlərinin aparılması ilə bağlı elan etdiyi tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi "Proqress İnşaat EN” MMC seçilib. Tərəflər arasında 271.586,72 AZN-lik satınalma müqaviləsi imzalanacaq.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Proqress İnşaat EN” MMC 29 noyabr 2021-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1000 AZN olan şirkətin qanuni təmsilçisi İslamov Nazim Əli oğludur.
Lakin MMC 2023-cü ildə dövlət qurumlarının, icra hakimiyyətlərinin dəyəri 100 minlərlə ölçülən 30-dan çox tenderin qalibi olub. Şirkət təkcə bu ilin dekabr ayının 8 günü ərzində yüksəkməbləğli 5 tender qazanıb.
Davud
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay