BAKU Azərbaycan
14.03°C
  • USD
    1.7
  • EUR
    1.9334
  • RUB
    2.0684
  • TRY
    0.0442
  • GBP
    2.2762
38230

Kişineuda səfərdə olan Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov Moldova Respublikasının kənd təsərrüfatı və qida sənayesi naziri Vladimir Bolea ilə görüşüb. Görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. 

Nazir Məcnun Məmmədov bildirib ki, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 5-ci iclasında iki ölkə arasında gələcək əməkdaşlığın bir çox istiqamətləri, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlıq məsələləri barədə fikir mübadiləsi aparılıb: “Kənd təsərrüfatı sözsüz ki ölkələrimiz arasında əməkdaşlıq üçün ən perspektivli sahələrdən biridir. Bu istiqamətdə əməkdaşlığın daha da möhkəmləndirilməsini məqsədəuyğun sayırıq”. 

Azərbaycanla Moldova arasında kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılmasının zəruri olduğunu deyən nazir bu sahədə mövcud potensialı dəyərləndirmək üçün birgə biznes-forumların keçirilməsini təklif edib. O, Moldova şirkətlərini Bakıda hər il keçirilən Caspian Agro Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində aktiv iştiraka çağırıb. Moldovanın şərabçılıq və üzümçülük sahəsində böyük təcrübəyə malik olduğunu xatırladan Məcnun Məmmədov bu sahədə təcrübə mübadiləsi və birgə elmi tədqiqatlar aparmağın, qarşılıqlı texnologiya transferinin vacibliyini vurğulayıb. Azərbaycanda aqroturizmin inkişaf etməkdə olan sahə olduğunu deyən nazir azərbaycanlı fermerlərin Moldovanın bu sahədə mövcud təcrübəsindən yararlana biləcəyini qeyd edib.

Moldovanın kənd təsərrüfatı naziri Vladimir Bolea bildirib ki, iki ölkə arasında kənd təsərrüfatı sahəsində geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclaslarının son illər mütəmadi xarakter almasını müsbət dəyərləndirən nazir bu toplantıların müxtəlif sahələrdə olduğu kimi aqrar sahədə də əməkdaşlıq imkanlarını dəyərləndirməyə imkan verdiyini deyib. Moldova və Azərbaycan şirkətlərinin üzümçülük və şərabçılıq aktiv təcrübə mübadiləsi apara biləcəklərini qeyd edən Vladimir Bolea qarşılıqlı tərəfdaşlıq münasibətlərinin hər iki ölkənin aqrar sektoruna, kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsinin yüksəlməsinə müsbət təsir göstərəcəyini bildirib. 

Görüşdə aqrar sahənin rəqəmsallaşdırılması, birgə elmi-tədqiqatların aparılması, aqrar mütəxəssis hazırlığı, tələbə və müəllim mübadiləsi, aqrar sahə üzrə ixtisaslaşmış universitetlərin diplomlarının qarşılıqlı tanınması məsələləri müzakirə olunub. Tərəflər səsləndirilən təklifləri Azərbaycan-Moldova kənd təsərrüfatı üzrə İşçi Qrupun birgə iclasında müzakirə etmək barədə razılığa gəliblər. 

Moldovaya səfər çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbaycanın şərab istehsalı ilə məşğul olan aparıcı şirkətlərinin nümayəndələri ilə birlikdə Moldovanın üzüm sahələrinə və aparıcı aqroturizm müəssisələrinə baş çəkib, şərab istehsalı ilə məşğul olan obyektlərin fəaliyyəti ilə tanış olub. Qonaqlara kənd təsərrüfatı məhsullarının emalı müəssisələrinin bazasında aqroturizm müəssisələrinin yaradılması təcrübəsi barədə məlumat verilib. Görüşlərdə üzümçülüyün əsas istiqamətləri, üzüm tingçiliyi, aqroturizm müəssisələrinin fəaliyyətinin iqtisadi səmərəliliyi, şərab istehsalı, məhsul ixracı və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Sosial yardım adı altında dələduzluq - Diqqətli olun!

İcra hakimiyyəti bu şirkətdən yarım milyonluq texnika alır

Çində "XPeng", "Li Auto" və "NIO"nun aprel satışları kəskin artıb

Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı

Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı

Kirayə qiymətləri cib yandırır - Daha nə qədər ARTACAQ? - AÇIQLAMA

2025-ci ilin ən çox satılan ağıllı telefonları - İlk yerdə bu markadır

Səhiyyə mərkəzinin növbəti milyonluq tenderini tanış şirkətlər uddu

19 milyon manatlıq “Saloglu Holding" ləğv olunan şirkəti öz tərkibinə qatdı

Misirdən 8 manata alıb Rusiyaya 5 dəfə ucuz satmışıq - 1 manat 68 qəpikdən

Prezidentin təyin etdiyi yeni sədr kimdir? - DOSYE

Elman Rüstəmov bu qədər maaş alacaq

"McDonald's" restoranlarına maraq azalır - Şirkət müştəri itirir

“Azəristiliktəchizat”a sədr təyin edildi

Kamran Əliyevlə bağlı SƏRƏNCAM

Bu şəxslər 2425 manat maaş alacaq - Prezidentdən FƏRMAN

Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin qiymətləri açıqlandı - CƏDVƏL

Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin qiymətləri açıqlandı - CƏDVƏL

Bu ölkədə məhkumlar həbsxanada qalmaq üçün pul ödəyəcəklər

İşdən çıxarılanların nəzərinə: Bu hallarda dövlətdən pul ala bilərsiniz

Mərkəzi Bank “Meqa Sığorta”nın vəzifəli şəxslərini cərimələyib

Hesablama Palatası bu qurumda nöqsanlar aşkarladı

Bu məktəblərə direktor təyin edildi

Bu aparatlardan istifadə edənlər 15 manat rüsum ödəyəcək

Eldar Quliyevin lombardı 60 000 manat cərimələdi

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

Bu çörək zavodunda nöqsanlar aşkarlandı - FOTOLAR

“Çox icazə alan işçilərin maaşı azalacaq” - Sonuncu dəyişiklik kimlərə sərf edəcək?

Prezident bu yolun təmirinə 1,5 milyon manat ayırdı

6 məktəbdə birinci sinfə qəbul imtahanı ləğv olunur

FHN Kəmaləddin Heydərovun oğluna məxsus obyektin istismarına icazə verdi

Bəzi məktəblərə qəbulda müsabiqə ləğv olundu

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin