Gələn il "Şahdəniz" yatağında qaz hasilatı 26 mlrd. kubmetri ötəcək
Gələn il “Şahdəniz” qaz-kondensat yatağından 26,1 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir, bu da bu ilin proqnoz göstəricisi ilə müqayisədə 3,16% çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə bildirilib.
Sənədə əsasən, bu il “Şahdəniz”də 25,3 mlrd. kubmetr qaz hasil olunacaq. Ötən il bu göstərici 24 mlrd. kubmetr təşkil edib.
Rəydə o da qeyd olunub ki, 2024-cü ildə yataqda 33,8 mln. barel qaz kondensatı hasil olunacaq ki, bu da cari ilin proqnoz göstəricisi ilə müqayisədə 0,6% azalma deməkdir.
Bildirilib ki, 2023-cü ildə “Şahdəniz” yatağında 34 mln. barel kondensatın hasil olunacağı proqnozlaşdırılır. 2022-ci ildə isə bu göstərici 33,8 mln. barel səviyyəsində idi.
© APA
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay