BAKU Azərbaycan
16.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8257
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1225
37645

 2024-cü ildə Vergi Məcəlləsinə bir sıra dəyişikliklər ediləcək.

Valyuta.az-ın məlumatına görə, riskli vergi ödəyiciləri ilə bağlı da dəyişik nəzərdə tutulub.

Daha dəqiqi, yenilik belə vergi ödəyiciləri ilə əməliyyat aparan sahibkarlara aiddir.

Xatırladaq ki, indiyədək mövcud olan (hələ ilin sonunadək də qüvvədə olacaq)  qaydaya əsasən, hər hansı «A» sahibkar digər «B» sahibkarı ilə əməliyyat apararkən, sonradan - bir neçə ay, hətta bir neçə il sonra – məlumat olurdu ki, «B» sahibkarı həmin əməliyyatdan sonra hansısa başqa səbəbdən riskli vergi ödəyicisi siyahısına daxil edilib.

Nəticədə onunla bu məsələdən əvvəl əməliyyat aparmış «A» sahibkarı da həmin əməliyyata görə riskli vergi ödəyicisi sayılır və onun da problemləri başlayırdı. Halbuki, «A» sahibkarı həmin əməliyyatı aparanda «B»nin adı heç bir yerdə riskli vergi ödəyicisi kimi keçmirdi. Nəticədə sahibkarlar güman etmədiyi halda problemlə üzləşirdi.

Vergi eksperti Anar Bayramovun sözləri ilə desək, sahibkar «mən haradan bilim ki, qarşı tərəf riskli vergi ödəyicisidir» halı yaranırdı:

«Təcrübədə rastlaşırıq ki, vergi ödəyicisi digər şəxsdən mal aldıqdan bir xeyli müddət keçdikdən sonra vergi orqanı malı alan tərəfi riskli vergi ödəyicisilərinin qrupuna daxil edir.

Səbəb kimi isə malı satanın sahibliyində belə bir malın olmaması və reallıqda belə bir əməliyyatın baş verməməsidir. Nəticədə vergi orqanı tərəfindən bu əməliyyat əmtəəsiz əməliyyat kimi xarakterizə edilir. Belə olan təqdirdə alıcı tərəf haqlı olaraq irad bildirir ki, «mən hardan bilərəm ki, bu malı mənə satan şəxsdə belə bir mal olmamışdır».

Qeyd  edək ki, bununla bağlı çoxsaylı məhkəmə prosesləri var və bəzi hallarda sahibkarlar bu məhkəmələrdə Dövlət Vergi Xidmətinə qalib gəliblər.

Görünür, bunu nəzərə alaraq 2024-cü il üçün Vergi Məcəlləsində riskli vergi ödəyiciləri ilə bağlı dəyişiklik, daha dəqiqi, bu halın tənzimlənməsi ilə bağlı əlavə nəzərdə tutulur. 

Belə ki, qanun layihəsinə əsasən vergi ödəyicisinin vəzifəsidir ki, digər şəxslərdən mal, iş, xidmət alarkən malı (işi, xidməti) təqdim edən vergi ödəyicisindən sahibliyində həmin malların mövcudluğunun, xidmət və işi görmək üçün işçi və digər resurslara, bilik və bacarığa malik olmasının, hətta maliyyə vəziyyətinin yoxlanılması məqsədilə müvafiq təsdiqedici sənəd tələb eləsin. Yəni yuxarıda misalda qeyd edilən «A» sahibkarı «B» sahibkarından mal alarkən, onlan həmin malın doğrudan da mövcud olması barədə əvvəlcədən məlumat tələb edə bilər.

Ola bilər ki, qarşı tərəf – yəni malı (işi, xidməti) təqdim edən vergi ödəyicisi “bu mənim şəxsi məlumatımdır, kommersiya sirrimdir” deyə bu məlumatı alıcıya təqdim etməsin.

O zaman qanun layihəsində nəzərdə tutulmuş digər dəyişikliyə əsasən malı (işi, xidməti) alan vergi ödəyicisinin hüququ var ki, bu məlumatı vergi orqanından alsın. Belə ki, vergi orqanına müraciət etməklə bu təsdiqedici sənədləri, məlumatları əldə edə bilər.

© FED

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Belarus XİN: Qərb sanksiyaların köməyi ilə ölkədə böhran yaratmağa çalışır

"Araş Estetik"dən maddi ziyan tələbi

Alimlər Qırmızı dənizin dibində dəhşətli kəşf etdilər - Ölümcül hovuz

Dünyanın ən güclü superkompüterlərindən biri hərracda satılıb

"Azerstar" MMC-yə protokol tərtib olundu

"Microsoft" ABŞ kəşfiyyatı üçün internetsiz işləyən Al modeli yaratdı

BVF: ABŞ dolları dünya ticarətində dominant mövqeyini qoruyub saxlayır

Gömrük Komitəsindən AAYDA-ya ittiham

İsveçrənin əksər şirkətləri Rusiya ilə işləməyə davam edir

Kosmik Cihazqayırma Təcrübi Zavodu məhkəmə qarşısında

Türkiyə ilə azad ticarət: Ukrayna NK 15 ildir üzərində çalışılan sazişin ratifikasiyasını dəstəklədi

İnşaat şirkətləri arasında lizinq qalmaqalı

Türkiyə-Azərbaycan biznes forumu başlayıb - FOTO

Bakı Sağlamlıq Mərkəzi vətəndaşa maddi ziyan vurub?

"Uber" rüblük zərər açıqladı, səhmləri kəskin ucuzlaşdı

Əfsanəvi "Nokia 3210" rəsmən geri döndü

ABŞ Al sahəsində Çinə qarşı yeni sanksiyalar hazırlayır

İlham Əliyevin COP29-a dəvət məktubu Ərdoğana təqdim olundu

Türkiyənin yeni maliyyə hədəfi - İnflyasiyanı bir rəqəmli səviyyəyə endirmək...

İsmayıllıda növbəti Aqrar Biznes Festivalı keçirildi (FOTO)

AZTV-nin keçmiş işçisi ƏƏSMN-ni məhkəməyə verdi

Elon Maskın adından istifadə edən saxta kripto-birja qapadıldı

BFB-nin dövriyyəsi 2 dəfədən çox artıb

Azərbaycanda əyləc bəndlərinin istehsal həcmi artırılacaq

Hacı İbrahim Nehrəmlinin şirkətindən məhkəməyə şikayət

Bu yol təmirə bağlanır

Britaniya rus mülklərinin diplomatik statusunu ləğv edir

Kapital Bank-la avtomobil arzunuza çatmaq daha asandır ®

Nazir Saleh Novruzini işdən çıxardı

Nazir Saleh Novruzini işdən çıxardı

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin