BAKU Azərbaycan
13.03°C
  • 1 ABŞ dolları
    1.7
  • 1 Avro
    1.8335
  • 1 Rusiya rublu
    0.0186
  • 1 Türkiyə lirəsi
    0.0527
  • 1 İngiltərə funt sterlinqi
    2.1343
37599

Pandemiyadan başlayaraq Azərbaycan təhsil sisteminə yeni anlayış daxil oldu. Bu onlayn təhsil sistemi idi. Həmin dövürdə məktəblərdə, universitetlərdə, özəl hazırlıq kurslarında tədris onlayn formada aparılmağa başladı. 

Ənənəvi təhsil yenidən bərpa olunandan sonra da bu tədris forması hələ də qalır. 

Bəzi hazırlıq kursları, repititorlar öz tədris etdikləri dərsi hazırda onlayn formada da təklif edir. 

Bəs nədir onlayn təhsil, bu təhsil ənənəvi təhsil qədər effektli ola bilirmi?

Valyuta.az məsələni təhsil eksperti Qoşqar Məhərrəmovla müzakirə edib.

Qoşqar Məhhərəmov deyib ki, onlayn təhsil ənənəvi təhsili əvəz edə bilməz, sadəcə dəstəkləyə bilər:

“Müstəqil təhsil sistemi olduğuna görə o olmasın, bu təhsil olsun demək doğru deyil. Belə ki, daxili motivasiyası yüksək, öyrənmək istəyən, ancaq şəhərlərdən uzaq, imkanı olmayan, hansısa bir xüsusi məhdudiyyəti olan insanlar onlayn təhsillə ənənəvi təhsil qədər öyrənə bilər. Onlayn təhsil bu hallarda ənənəvi təhsilin yerini tuta bilər. Yəni onlayn təhsil daxili motivasiyası olan insanlar üçün ənənəvi təhsilin yerini tuta bilər. 

Amma ümumi baxımdan onlayn təhsil və ənənəvi təhsil ayrı-ayrı anlayışlardı. Birinin yerinə digəri olsun anlayışı, yanaşması doğru deyil”. 

Ekspert deyir ki, bundan təhsildə yeni tərs çevirilmiş öyrənmə anlayışı var:

“Tərs çevrilmiş öyrənmə (flipped learning) anlayışında isə onlayn təhsil resurslarından istifadə edərək tədrisin məzmunu şagirdlərə və tələbələrə çatdırılır, onlara çoxlu videolar, onlayn resurslar göndərilir, əyani təhsillə isə daha çox müzakirələr aparılır, dioloqlara girilir. Hansısa təcrübi elmlərdə, təbiət fənlərində təcrübələr aparılır. Yəni əyani təhsillə onlayn təhsil asinxron və ya sinxron şəkildə bir-birini dəstəkləyici formada təqdim oluna bilir. Buna da hibrid təhsil deyirlər. Təcrübəmdən yola çıxaraq rahatlıqla deyə bilərəm ki, tədrisin hibrid olması isə daha arzuolunandı, daha yaxşı nəticələr verir”. 

Davud
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

Rabitəbankın istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək ®

Azərbaycan iqtisadiyyatı 4% böyüyüb

Sabah hava necə olacaq?

Azərbaycanda nominal əməkhaqqı 9 %-dən çox artıb

Üzüm şərabı və araq istehsalı azalıb, pivə istehsalı artıb

Antiinhisar Dövlət Xidməti bloqerlərə xəbərdarlıq edib

Son 10 ildə bu məhsulun xaricdən alışı 17 dəfə artıb

Vəzifəli şəxslərə cinayət işi açıldı - Meşə torpaqlarını satıblar

İşçidən istirahət günlərində işləməsini tələb etmək olar?

Rayondan Bakıya oxumağa gələn tələbəyə lazım olan bir illik məbləğ – 15-18 min manat

Yaşa görə əmək pensiyası təyin edilənlərin sayı açıqlanıb

“Trendyol Azərbaycan” daşıma qiymətlərini qaldırdı - Açıqlama

“Minimum əmək haqqı artımı iki rəqəmli ola bilər” – Deputat

“Minimum əmək haqqı artımı iki rəqəmli ola bilər” – Deputat

KOB subyektləri haqqında məlumatlar vahid reyestrdə toplanacaq

ING bu il Azərbaycanda inflyasiyanın kəskin azalacağını proqnozlaşdırıb

Əlilliyin qiymətləndirilməsi ilə bağlı ekspertiza göndərişlərinin verilməsi qaydası dəyişib

Ölkədə nə qədər orta sahibkarlıq subyekti var?

Azərbaycanda idxalı və satışı ƏDV-dən azad edilən mineral gübrələrin və pestisidlərin siyahısı təsdiq edilib

Bu şəxslər də təhsil kreditləri ala biləcəklər

Bölgələrə güclü yağış yağıb, çaylardan sel keçib - FAKTİKİ HAVA

Hansı banklarda aktiv təcrübə proqramları var?

Azərbaycanın xaricə at satışından gəliri artıb

Bitcoin və Etherium bahalaşıb - Kriptovalyutaların qiymətləri

Bu il Azərbaycan 8 milyon tona yaxın neft-kondensat ixrac edib

Dolların dünya bazarındakı son vəziyyəti

Avro, rubl və lirə bahalaşdı - Məzənnə

“AtraBank” və “Texnika Bank”ın əmlakları hərraca çıxarılır

Sabahdan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbuluna başlanılır

“Bank of Baku”nun səhmdarlarının yığıncağı keçiriləcək

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin