Nazirlikdən sayğac satan şirkətə 3 milyonluq sifariş – Təmir işləri görəcək
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi “Meqaplus” Firması ilə satınalma müqaviləsi bağlayacaq.
Valyuta.az xəbər verir ki, maliyyə dəyəri 2 792 473,29 AZN olan müqavilədə Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmiri işlərinin satın alınması nəzərdə tutulur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Meqaplus” firması 24 aprel 2000-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 AZN olan firmanın hüquqi ünvanı Sumqayıt şəhəri, 3-cü məhəllə, ev 6/21, mənzil 14 ünvanında yerləşir. Firmanın qanuni təmsilçisi isə Seyidov Abuzər Bəkir oğludur.
23 ildir fəaliyyət göstərməsinə baxmayaraq açıq mənbələrdə “Meqaplus” firması və onun qanuni təmsilçisi barədə hər hansı məlumat yoxdur.
Dövlət satınalmalarının elektron portalında yerləşdirilən məlumatlardan isə aydın olur ki, “Meqaplus” Firması həm də sayğac satır.
Hüseyn
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay