Tenderlər
24.11.2023 / 16:10
Milli Məclisdən 200 minlik mebel tenderi
37166
Milli Məclis mebel, kreslo və digər inventarların satın alınması və mövcud mebellərin təmir-bərpası ilə bağlı tenderə yekun vurub.
Valyuta.az xəbər verir ki, tenderin qalibi “M-Kontakt” MMC seçilib.
Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 199 056,56 AZN-dir.
“M-Kontakt” MMC 24 aprel 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, İ.Həbibov 50C-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Mübariz Bayraməliyev Qəşəm oğludur.
Hüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay